Azercell-dən açıqlama

12 aprel 2022-ci il saat 17:50-18:20 radələrində ölkə ərazisində
müşahidə edilən güclü küləyin təsiri nəticəsində Gəncə, Qazax, Bərdə, Ağcabədi,
Kürdəmir, Ağsu, Füzuli və Beyləqan bölgələrində elektrik
enerjisinin təminatında bəzi kəsintilər yaranmışdır. Bununla əlaqədar
"Azercell Telekom” MMC-yə aid stansiyaların enerji təminatında və müvafiq
olaraq rabitə xidmətlərində yaranmış müvəqqəti çətinliklərin aradan
qaldırılması üçün şirkət operativ tədbirlər
həyata keçirib. Qeyd edək ki, generatorlar
vasitəsilə şirkətin əsas ofisləri, Telefon Mərkəzi və Məlumat
Mərkəzinin, eləcə də bir sıra saytların kəsintisiz
fəaliyyəti təmin edilib, digər saytların bərpası
üçün isə yeni daşınan generatorlar yerlərə göndərilib. Eyni zamanda nəzərinizə çatdırırıq ki, hal-hazırda dəyişkən
hava şəraitinə baxmayaraq, Azercell abunəçilərinin bütün ölkə boyu
keyfiyyətli mobil rabitə xidmətləri ilə təmin edilməsinə dair zəruri
tədbirlərin görülməsi davam etdirilir.
www.anews.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























