• $
  • €
  • ₽
  • ₺
  • £

Çaylarda suyun səviyyəsi artıb

Çaylarda suyun səviyyəsi artıb
13.04.2022 13:25
Aprelin ilk günlərindən başlayaraq ölkə ərazisində temperatur rejiminin yüksəlməsi və orta dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O qeyd edib ki, Kür çayının yuxarı axınında, Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 99 sm, su sərfi 2,1 dəfə, Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 45 sm, su sərfi isə 1,7 dəfə artıb.
 
"Kiçik Qafqazın ərazisindən axan çaylarda 23 faiz, Böyük Qafqaz çaylarında isə 26 faiz artım qeydə alınıb. Nəticədə Kür çayının aşağı axınında suyun səviyyəsi aprel ayının əvvəlindən bu günə kim Yevlax məntəqəsində 17 sm, Zərdabda 50 sm, Surrada 23 sm, Şirvanda 12 sm, Salyanda 15 sm, Bankədə 15 sm, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm yüksəlib. Çayda suyun həcmi Yevlaxda 19 faiz, Zərdabda 31 faiz, Surrada 19 faiz, Araz çayının Novruzlu məntəqəsində isə 23 faiz artıb. Kür çayının Surra məntəqəsində suyun həcminin artmasına baxmayaraq aşağı ərazilərdə sudan müxtəlif sahələrdə istifadə ilə bağlı suyun həcmində azalma baş verir ki, bu da Salyan və xüsusən də Neftçala rayonu ərazisində axının sürətinin azalmasına gətirib çıxarır”, - o bildirib. 

Xidmət rəsmisinin sözlərinə görə, Xəzər dənizinin sahilyanı əraziləri üçün xarakterik olan şimal-şərq küləyinin güclənməsi zamanı yaranan dalğalanma nəticəsində Kür çayının məcrasında əks axın baş verir ki, nəticədə çayda duzluluğun miqdarı artır. Belə ki, Kür-Bankə məntəqəsində aprelin 12-də çayda duzluluğun miqdarı 4,1 q/l, 13-də isə 6,3 q/l olub.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol