• $
  • €
  • ₽
  • ₺
  • £

MİDA-dakı “5 saniyə” qalmaqalına görə araşdırma başladı

MİDA-dakı “5 saniyə” qalmaqalına görə araşdırma başladı
13.04.2022 15:40
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində güzəştli mənzil satışını həyata keçirməsi ciddi narazılıqlar yaratdı. Səbəb isə 442 mənzilin bir neçə saniyədə satılması idi.

Mənzil seçimində iştirak edən 9 minə yaxın müraciətçinin çoxu seçim prosesinin şəffaf keçirilmədiyi qənaətindədir. Bu barədə sosial şəbəkələr vasitəsi ilə ciddi narazılıqlar bildirilir.

Güzəştli mənzillərin bu qədər qısa zamanda satılmasının "xüsusi proqram təminatından" istifadə ilə mümkün olduğu deyilir.

Qeyd edilir ki, "uVision", "Mousereader" kimi proqramlardan istifadə edilib və bunun üçün xüsusi "proqramçı”lar tutulub.

Mütəxəssislər də deyir ki, əgər mənzillər 5-6 saniyəyə seçilirsə, deməli həmin adamlar hansısa "proqramdan" istifadə ediblər.

Məhz bu kimi iddialardan sonra araşdırmalar başlayıb. Bu günə qədər yüzlərlə insanın xüsusi proqramlardan istifadə etdiyi üzə çıxıb.

Məlumata görə artıq ev alan şəxslər arasında xüsusi proqramlardan istifadə etmiş şəxslər də müəyyən edilib və onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilir.

Həmçinin onu da bildirək ki, xüsusi "proqramçı”lara mənzil qazanmaq üçün 10-15 min manat civarında və ya daha artıq pul ödəyən şəxslər də var ki, onların bir çoxu aldadılıb. Bir qrup "proqramçı” pulları alaraq aradan çıxıb. İndi həmin vətəndaşlar da zərərçəkmiş kimi hüquq-mühafizə orqanlarına üz tutublar.
Araşdırmalar davam edir.

MİDA bu ittihamları qəbul etmir və deyir ki, evlərin satışı 13 dəqiqədən artıq çəkib.(musavat.com)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol