• $
  • €
  • ₽
  • ₺
  • £

Vəzifəsini itirəndən sonra Nazirlər Kabinetində işə götürülən məmurlar - SİYAHI

Vəzifəsini itirəndən sonra Nazirlər Kabinetində işə götürülən məmurlar - SİYAHI
13.04.2022 16:51
Bu gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov Baş nazirin müşaviri təyin olunub.

Elman Rüstəmov vəzifədən azad olunandan sonra Nazirlər Kabinetinə (NK) təyinat alan ilk məmur deyil.

Vəzifədən azad olunduqdan sonra NK-ya təyinat alan məmurların siyahısını təqdim edirik:

Əhməd Əhmədzadə - Elman Rüstəmovun qudası, uzun müddət Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olmuş (2006-2021) Əhməd Əhmədzadə də 2021-ci ildə Əli Əsədovun sərəncamı ilə müşavir təyin edilib.

Şahin Mustafayev - On bir il ərzində (2008-2019) Azərbaycanın iqtisadiyyat naziri olmuş Şahin Mustafayev tutduğu vəzifədən azad olunduqdan sonra Azərbaycan Prezidentinin sərəncamı ilə Baş nazirin müavini təyin olunub.

Rüfət Məmmədov - Şahin Mustafayevin iqtisadiyyat naziri olduğu dövrdə onun müavini olmuş Rüfət Məmmədov da 2019-cu ildə işdən azad olunduqdan sonra NK-ya təyinat alan məmurlardandır. Belə ki, o, həmin il Baş nazirin sərəncamı ilə Nazirlər Kabinetinin Aparat rəhbəri təyin olunub.

Musa Pənahov - Uzun müddət nəqliyyat nazirinin, daha sonra isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini işləmiş Musa Pənahov da vəzifəsini itirdikdən sonra NK-ya təyin olunan məmurlardandır. Belə ki, Musa Pənahov Nazirlər Kabinetinin Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri təyin olunub.

Natiq Məmmədov - 2011–2018-ci ildə Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədr müavini olan Natiq Məmmədov da NK-də vəzifəyə gətirilən rəsmilərdəndir. O, 2018-ci ildən Baş nazirin Sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbərinin müavini vəzifəsini icra edir.

Hacıbala Abutalıbov - On yeddi il (2001-2018) Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri olmuş Hacıbala Abutalıbov da 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Baş nazirin müavini təyin olunmuşdu. Lakin o, cəmi bir il sonra Prezidentin müvafiq sərəncamı ilə bu vəzifədən azad olunmuşdu. 

İntiqam Babayev - 21 il gənclər və idman nazirinin müavini işləmiş İ. Babayev ötən ilin noyabrında bu vəzifədən uzaqlaşdırıldıqdan sonra Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri təyin olunub. (qafqazinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol