Süleyman Kərimovun yaxtasına həbs qoyuldu

Fici Respublikası rusiyalı milyarder Süleyman Kərimova məxsus yaxtaya həbs qoyub.
www.anews.az
Bu barədə məlumatı ölkənin hüquq-mühafizə orqanlarının "FBC” telekanalı yayıb.
Polisdən bildirilib ki, "Amadea” adlı yaxta aprelin 13-ü Fici hökumətinin müvafiq icazəsi olmadan Ficinin iqtisadi zonasına daxil olub. Bunun ardınca gəmi saxlanılıb və onun sahibinin kim olmasına dair araşdırmalara başlanılıb.
"İlkin məlumata görə, yaxta Süleyman Kərimova məxsusdur”, - deyə açıqlamada qeyd olunub.
Avropa İttifaqı (Aİ) cari ilin martın ortalarında Süleyman Kərimova sanksiya tətbiq edib. Sözügedən sanksiya çərçivəsində iş adamına Aİ-yə daxil olmaq qadağan edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























