• $
  • €
  • ₽
  • ₺
  • £

"DYP cərimələmək üçün belə bir hiylə icad edib"- SÜRÜCÜ

"DYP cərimələmək üçün belə bir hiylə icad edib"- SÜRÜCÜ
14.04.2022 10:58
Naxçıvanda DYPİ sürücüləri tələyə salıb, cərimələmək üçün yeni üsuldan istifadə edir. Bir çox yerdə avtomobillərin hərəkətini tənzimləyən nişanlar yol kənarı lövhələrə yox, asfaltın üzərinə çəkilir. Bu isə, xüsusilə qış aylarında  sürücülərin işini çətinləşdirir. Qar, yağış və palçığın yerdəki işarələrin üzərini örtməsi, sürücülərin bilmədən qaydaları pozmasına səbəb olur. Bu işarələrin yaxınlığında quraşdırılan təhlükəsizlik kameraları isə pozuntuları qeydə alır, daha sonra sürücülər yüksək məbləğdə cərimələnir.
 
Bu barədə "Gündəlik Naxçıvan”a sürücülərin özləri məlumat verib.
 
15 illik sürücülük təcrübəsi olan Naxçıvan sakini Cavid Heydərov deyir ki, eyni səbəbdən bu yaxınlarda o da cərimə olunub.
 
"Dünyanın heç bir yerində bu cür hala rast gəlmək mümkün deyil. Hər yerdə nişanlar  yol kənarında quraşdırılmış dirəklərdəki lövhələrə yazılır. Həmin dirəklər də aydın şəkildə görülə biləcək yerlərə vurulur. Naxçıvanda isə DYP əməkdaşları sürücüləri cərimələmək üçün belə bir hiylə icad ediblər. Təsəvvür edin ki, magistral yolda sürətlə hərəkət edirsən. Sürücü istəsə də yerə çəkilən işarəni zamanında görə bilməz. Bu mümkün də deyil. Bu halda mütləq qayda pozulacaq. Mən yol hərəkəti qaydalarını çox yaxşı bilirəm. Buna baxmayaraq, bir neçə dəfə mən də tələyə düşmüşəm. Ya asfaltdakı nişanın üzərini qar örtür, ya palçıq, ya da sadəcə boya pozulmuş olur. Son dəfə qar yağan gün cərimələnmişəm. Yerdəki nişanın üzəri qarla örtülübsə, mən onu necə görə bilərəm. Bunu polislərə sübut edə bilmədim. Əsassız yerə 90 manat cərimə elədilər”- sürücü bildirib.
 
Başqa bir şikayətçi İlyas Abdullayev bildiri ki, yerə çəkilən yol nişanları sürücülərin diqqətini  yayındırır.
 
"Məcbursan ki, cərimələnməmək üçün bütün diqqətini yönəldəsən yerə çəkilən yol nişanlarına. Bu isə sürücünün ətraf aləmdən diqqətini yayındırır. Nəticədə daha çox qəza vəziyyətinin yaranmasına və ya qəzaların baş verməsinə səbəb olur. Başqa ölkələrdə də yerə işarələr çəkilir. Ancaq, bu əsas yox, köməkçi işarələrdir. Əsas işarə isə yol kənarındakı lövhələrə vurulur. Naxçıvanda bu üsuldan istifadə etməklə həm sürücüləri daha çox cərimələyir, həm də bu nişanları çəkmək üçün dövlət büdcəsindən kifayət qədər vəsait talayırlar. Keyfiyyətsiz rəngləri, işçi qüvvəsini baha qiymətə sənədləşdirib mənimsəyirlər. Asfalta keyfiyyətsiz rənglə çəkilən  yol nişanları sıradan tez çıxır. Demək olar ki, ildə bir neçə dəfə yol nişanını təzələmək üçün büdcədən vəsait silinir”- bildirib.
 
Məsələ ilə bağlı  Naxçıvan MR DYPİ-nin rəis müavini Musa Quliyevlə əlaqə saxlanılsa da, o, bu haqda danışmaqdan imtina edərək, telefonunu söndürüb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol