• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda palçıq vulkanlarına necə nəzarət olunur? - MÜSAHİBƏ

Azərbaycanda palçıq vulkanlarına necə nəzarət olunur? - MÜSAHİBƏ
21.04.2022 12:18
Dünyada 2200-dən artıq palçıq vulkanı var. Onların da 350-dən çoxu Azərbaycanda yerləşir. Azərbaycanda olan palçıq vulkanlarının 43 ədədi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mühafizə olunur. Bu vulkanların mühafizəsi və  əhəmiyyəti barədə məlumat almaq üçün  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun rəhbəri Ceyhun Paşayevə müraciət etdik:

- Palçıq vulkanlarına Azərbaycanın hansı bölgələrində ən çox rast gəlinir? 
 
- Palçıq vulkanları əsasən Azərbaycanın şərq hissəsində aşkarlanıb. Bura Abşeron yarmadası, Şamaxı-Qobustan regionu, Aşağı Kür çökəkliyi və Bakı Arxipealı daxildir. Ən böyük palçıq vulkanları Abşeronda Otmanbozdağ, Güzdək bozdağ, Qobustanda Torağay və Kənizədağdır. Bu vulkanların hündürlüyü  400 metrə çatır. Təkcə Qobustanda 100-dən çox palçıq vulkanı var.  40-а yaxın palçıq vulkanının səthindən neft çıxır. Xəzərin cənubunda 200-dən çox sualtı palçıq vulkanı va. Onların 120-i Xəzərin Azərbaycan sektorunda yerləşir. Bakı arxipelaqında vulkan mənşəli 8 ada var.  
 
- Aktiv vulkanlara necə nəzarət olunur?
 
- Azərbaycan prezidentinin 2007-ci ildə imzaladığı sərəncama əsasən Bakı və Abşeron yarımadasının Palçıq vulkanları Qrupu Dövlət Təbiət Qoruğu yaradılıb. Qoruq 2010-cu ildən fəaliyyət göstərir. Fəaliyyət zamanı vulkanların 99%-i lazım olan qayğını görüb. Ümumilikdə bizim qoruğun nəzarətində 43 vulkan var. Həmin vulkankara nəzarəti 15 mühafizə əməkdaşımız həyata keçirir. Onların sayını artırmağı düşünürük. Yaxın gələcəkdə Geopark da yaradılacaq. Geoparka beynəlxaq statuslu geoloji təbiət obyektlərində ekoturizmin təşkil olunması üçün yaradılan və xüsusi mühafizə olunan təbiət ərazisi aid ediləcək. 

- Vulkanın püskürməyindən necə xəbər tutursuz? Bununla bağlı hər hansı araşdırmalar aparılırmı?

- Ümumiyyətlə onu Allahdan başqa heç kim bilmir. Seysmik proseslərin heç birini insan bilə bilməz. Hətta Yaponiyada belə bunu müəyyən edə bilmirlər. Sadəcə 1810-cu ildən bəri palçıq vulkanları öyrənilir. O vaxta qədər isə adamlar vulkanlara pil-pilə deyib. Fərqinə varmıyıblar. Statistika 1810-cu ildən bəri hesablanmağa başlayıb. Bütün vulkanların püskürmə statistikası qeydə alınıb. Sadəcə püskürmədən öncə vulkanlarda bəzi dəyişikliklər baş verə bilir. Bura reylefdə daralmalar, sovrulma və bir necə dəqiqə öncə uğultulu səsləri gələ bilər.
 
- Son dövlərin ən aktiv vulkan püskürməsi hansı ərazidə olub və necənci ilə təsadüf edib?
 
- 2018-ci il sentyabrın 23-də Azərbaycanda ikinci ən böyük palçıq vulkanı sayılan Otmonbozdağ palçıq vulkanında ikifazalı püskürmə baş verib. Bu rekord püskürmə idi. Böyük çatlar yaranmışdı. Riskli püskürmə olsa da mən həmin vaxt çəkiliş aparmışam. Həmin vulkan Sahil qəsəbəsində yolun qırağında yerləşir. Püskürən zaman ətrafa 2-3 milyon kub metr yerin altından palçıq püskürüb və 3-5 km məsafəyə uzanıb.
 
 
- Eyni vulkan necə dəfə püskürə bilər?
 
- Hər il orta hesabla Azərbaycanda 3-5 və daha çox palçıq vulkanı püskürür. Son 200 ildə, yəni 1810-2013-cü illərdə 96 vulkanda 400-ə qədər püskürmə qeydə alınıb. Çox aktiv fəaliyyətdə olan vulkanlar var. Məsələn "Lökbatan" 24, "Şıxzəyirli" 22, Keyrəki  17, Quşçu 12, Xara-Zirə 13 dəfə püskürüb.
 
 
- Təhlükəli palçıq vulkanları hansı ərazilərdədir?
 
- Vulkana yaxınsansa təhlükə var,uzaqsansa yoxdur. İnsanlar aktiv vulkanların yaxınlığında heçnə tikməsinlər. 
 
- Sizin tabeleyinizdə olmayan digər vulkankara kim nəzarət edir?
 
- Sərəncama görə bizim nəzarətimizdə 43 vulkan var. Digər vulkanlar fərqli qurumların məsələn  bələdiyyələrin, icra hakimiyyətinin, Dövlət Ehtiyat Fondunun tabeleyində ola bilər. Amma buna baxmayaraq biz dəfələrlə Abşeronda olan vulkanlara yaxın tikilən obyektlər üçün məmurlara həmin ərazilərdə müvafiq tədbirlər görülməsi üçün məktublar ünvanlamışıq. Buna baxmayaraq heç bir cavab almamışıq. Əksinə lazım olan tədbirləri öz hesabımıza həmin ərazilərdə özümüz aparmışıq. 
 
- Hansı hallarda vulkanlarda monitorinqlər keçirirsiniz?
 
 - Bizim qurumun əsasnaməsinə uyğun olaraq iki istiqamətdə iş aparılır. Birinci istiqamətə vulkanların  mühafizəsi, ikinciyə isə elmi araşdırmaların aparılması daxildir. Araşdırmalar stasionar müşahidələr əsasında həyata keçirilir. 

 
- Vulkan püskürən ərazilərdə evlərin tikikməməsinə necə nəzarət edilirmi və təhlükəsizlik necə təmin olunur?
 
-  "Böyükdağ", "Kiçikdağ", "Keyrəki", "Qobu", "Bozdağ" palçıq vulkanlarının yaxınlığında yaşayış məntəqələri salınıb. Bunların arasında yalnız  "Keyrəki"  vulkanı bizim balansdadır.  Qalan vulkanlar bələdiyyə ərazisində yerləşir. Bizim balansda olan vulkanların qoruq zonasındakı evləri sökdürmüşük. Amma qoruq ərazisindən bir az aralıda evlər var. Vulkan da püskürəndə axa-axa gedir. Dəfələrlə Binəqədi icra hakimiyyəti rəhbərliyinə  nəzarət etmələrini yazılı şəkildə xahiş etmişik. Amma icra hakimiyyəti başçıları dəyişsə də durum dəyişmir. İnsanlara xəbərdarlıq vərəqləri paylamışıq. Həmin ərazilərə komissiyalar göndərmişik, monitorinqlər aparmışıq. Fövqəlada Hallar Nazirliyinə də vəziyyəti izah etmişik. Təəssüf ki,  maraqlanan yoxdur.  

- Turizm agentliyi ilə necə əməkdaşlıq edirsinizmi?
 
- İndiki statusda turizm fəaliyyəti ilə məşğul olmaq olmaz. Vulkan yetişdikdən sonra turizm obyekti  kimi təqdim edilə bilər.  Gələn il Geopark yaratmağı düşünürüük. Bu turistləri həmin əraziyə cəlb etməyə imkan verəcək. Palçıq vulkanları ilə bağlı turizmi inkişaf etdirməyə  hazırlaşırıq. Maraqlı metodlar hazırlamışıq. Ekoturizm həvəskarları üçün yaxşı imkanlar olacaq. Qışlaq turizmi də təşkil edəcəyik.  

 
- Palçıq vulkanları arasında sağlamlıq üçün istifadə olunanı varmı?

 
- Bəzi vulkanların palçığından tibb məqsədi ilə istifadə oluna bilər. Dəri zöhrəvi, hərəkət-dayaq, əsəb, kosmetoloji və uroloji xəstəliklərdə palçıq vulkanlarından çıxan palçıqdan istifadə olunur. Yerin 3 kilometr dərinliyindən çıxan palçıq kefiyyətsiz ola bilməz. Amma mütləq onun analizləri aparılmalıdır. Vulkan çoxdur. Əlçatanlığı nəzərə alınmalıdır. 

Gülnar Nazimqızı
 

 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol