• $
  • €
  • ₽
  • ₺
  • £

Tərtərçayda monitorinq keçirildi - FOTOLAR

Tərtərçayda monitorinq keçirildi - FOTOLAR
14.04.2022 18:30
Tərtər rayonunda çay yataqlarına mümkün mənfi təsirin qarşısının alınması, həmçinin çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə monitorinqlər keçirilib.
 
Monitorinq nəticəsində faydalı qatı bərpa olunmayan Tərtərçay boyunca, (15 km ərazidə) uzun illərdir istismar işləri aparıldığı aşkar edilmişdir. İstismar qaydalarının pozulması çay məcrasının sahə boyu 15-40 m-ə qədər dərinləşməsi, bəzi sahələrdə isə  qrunt suları və karxanada istifadə olunan subartezian quyularından axan sulardan göllərin əmələ gəlməsinə səbəb olmuşdur. Tərtər şəhərinin çirkab suları bu göllərə axıdılır. Bu da öz növbəsində Tətrtərçayın sağ kənarında çirkab su təmizləyici qurğunun tikilməsinə zərurət yaratmışdır. Yeraltı suların qidalanma dövründən asılı olaraq çayın aşağı axın hissələrində qrunt sularının yer səthinə çıxması baş vermişdir ki, bu da ətraf ərazilərdə qrunt sularının rejiminin pozulmasına səbəb olmuşdur.
 
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Yer Təki Fəaliyyətinin Tənzimlənməsi şöbəsinin baş mütəxəssisi Aydın Əliyevin sözlərinə görə fəaliyyəti istismar qaydalarına uyğun olmayan karxanalar barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilmişdir.
 
Belə ki, 2020-ci ilin avqust ayından etibarən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən cənab Prezidentin "Azərbaycan Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli, 2178 nömrəli sərəncamına əsasən Tərtər-Bərdə rayonları ərazisində "Tərtərçay” qum-çınqıl yatağında fəaliyyət göstərən istismarçıların karxanalarına baxış keçirilmişdir. Monitorinq zamanı karxana sahiblərinin "Yerin təki haqqında” qanunun tələblərini pozduğu aşkar edilmişdir. Habelə,  ayrılmış sahələrdən kənarda hasilat işlərinin aparılması, sahələrin üçüncü şəxslərin qanunsuz istifadəsinə (subicarəyə) verilməsi, icazə verilən dərinlik həddinin pozulması və nəhayət bəzi karxanaların müvafiq icazə sənədi olmadan fəaliyyət göstərdiyi məlum olmuşdur. Əksər sahələrdə mərz nişanlarının mövcud olmadığı aşkar olunmuşdur. Bununla əlaqədar Agentlik tərəfindən toplanmış materiallar əsasında Kommersiya Məhkəməsində dövlətə vurulmuş ziyanla bağlı iddia qaldırılmışdır.
 
Tərtərçay Kür çayının Azərbaycan Respublikası daxilində ən çox sululuğa malik olan qolu hesab edilir. Çayın uzunluğu 200 km, hövzəsinin sahəsi 2650 km²-dir. Çay Qonqur, Alaköz və Mıxtökən silsiləsinin birləşdiyi sahədən (3120 m) axan bulaqlardan əmələ gəlir.
 
Agentlik haqqında son xəbərləri və yenilikləri agentliyin rəsmi internet səhifəsi (www.meda.gov.az) və ya sosial platformada mövcud Facebook və Linkedin səhifələrindən əldə edə bilərsiniz.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol