• $
  • €
  • ₽
  • ₺
  • £

Bu həftə abituriyentlər üçün ilk imtahan keçiriləcək

Bu həftə abituriyentlər üçün ilk imtahan keçiriləcək
28.04.2014 16:32
Cari il üçün qəbul imtahanlarına isə mayın 11-dən start veriləcək

Bu həftənin sonu Azərbaycanda 2014-cü tədris ili üzrə abituriyentlər üçün ilk imtahan keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənın APA-ya verdiyi xəbərə görə, mayın 4-də Azərbaycanda rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı təşkil olunacaq. Onun sözlərinə görə, həmin imtahanda 8 mindən artıq abituriyentin iştirakı gözlənilir. E.Nağızadə qeyd edib ki, həmin imtahanda iştirak etmək üçün abituriyentlər mayın 1-dən etibarən elektron ərizələrinə daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni əldə edə bilərlər: “Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı 2 dəfə-mayın 4-ü və iyulun 3-də keçiriləcək. Aprelin 25-dən sonra sənədlərini təsdiq etdirən və I imtahandan qeyri-kafi qiymət alan şagirdlər iyulun 3-də keçiriləcək imtahanda iştirak edə biləcəklər. Azərbaycan dili imtahanından uğurla keçdikləri halda rus bölməsinin abituriyentləri ali məktəblərə imtahan verə biləcəklər”.    TQDK rəsmisi vurğulayıb ki, bu il üçün qəbul imtahanlarına isə mayın 11-dən start veriləcək. Onun sözlərinə görə, əvvəlki illərin məzunları II və III qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanını mayın 11-də, I və  IV qruplar isə mayın 18-də keçiriləcək. Həmin imtahanda bir neçə gün qalmış abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürəcəklər.E.Nağızadə əlavə edib ki, gələn həftədən etibarən TQDK həftəlik mətbuat  konfranslarına start verəcək.ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol