• $
  • €
  • ₽
  • ₺
  • £

KİV rəhbərləri Zahir Əmənovla bağlı Vilayət Eyvazova müraciət edib

KİV rəhbərləri Zahir Əmənovla bağlı  Vilayət Eyvazova müraciət edib
14.04.2022 21:54
Bir sıra jurnalist təşkilatları və kütləvi informasiya vasitələrinin rəhbərləri "Cənub.az” regional xəbər saytının redaktoru Zahir Əmənovun saxlanılması ilə əlaqədar Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazova müraciət ediblər.

Onlar nazirdən istintaq müddətində jurnalisti həbs etməməyi xahiş edirlər.

"Masallı rayonunda polis "Cənub.az” regional xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənovu saxlayıb. O, günorta  redaksiyanın ofisində saxlanılıb. Hüquq-mühafizə orqanlarından bildirilib ki, Əmənov Masallı rayonu Sığdaş kənd ərazi nümayəndəsi İsrafil Əliyevin şikayəti əsasında saxlanılıb. Guya Əmənov onu gözdən salacaq materialın dərcilə şantaj edib və 1500 manat pul alarkən cinayət başında yaxalanıb. Bununla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 maddəsilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb”, – media  nümayəndələrinin müraciətində deyilir.

Müəlliflər ittihamların səhihliyinə şübhə edirlər. 
 
"Biz uzun illərdir ki, Zair Əmənovu Azərbaycanın aparıcı regional KİV-lərindən birinin rəhbəri, təcrübəli, alicənab jurnalist kimi tanıyırıq və onun kimdənsə pul tələb etdiyinə inanmırıq”, – müraciət müəllifləri qeyd edib və obyektiv araşdırmanın aparacağına ümid etdiklərini bildiriblər.

"Əmənovun regional jurnalistikanın inkişafında böyük rolunu, yaşını nəzərə alaraq, istintaq müddətində həbsdə saxlanılmamasını xahiş edirik”, – müraciətin sonunda deyilir.

Sənədi "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna-Zerkalo” nəşrinin baş redaktoru  Elçin Şıxlı, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, "Pressklub” TV kanalının direktoru Qulu Məhərrəmli, xural.com saytının baş redaktoru Əvəz Zeynallı imzalayıb. 
 
Zahir Əmənov aprelin 13-də  günorta redaksiyanın ofisində saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etməni nəzərdə tutan 182.1 maddəsi ilə  cinayət işi başlanıb.
 
Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Bakı Mətbuat Klubunun həmtəsisçisi və direktoru, "Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev  bildirib ki,  son vaxtlar Əmənov Masallı rayon icra başçısı Şahin Məmmədovla münasibətlərindəki gərginlikdən şikayətlənib.
 
Sonuncu rayondakı neqativ hallar, pis idarəçilik və sosial problemlərlə bağlı tənqidlərdən narazı qalıb.
 
N.Təbrizli
Gülnar Nazimqızı

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol