Lahıcda torpaq uçqunu baş verdi, yolda hərəkət dayandı - Video

İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib.
Dağ uçqunu yolu böyük ərazidə bağlayıb.
Əraziyə ağır texnikalar və işçi qüvvəsi cəlb edilib. Yolun bağlı qalması səbəbindən avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi bir neçə saat dayanıb.
Günorta saatlarında uçan daş və qaya parçaları yoldan təmizlənib. Avtomobillərin hərəkəti bərpa edilib.
Daha ətraflı videomaterialı təqdim edirik
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























