Media üçün dövlət rüsumunun 10 dəfə azaldılması təsdiqləndi

Milli Məclis Azərbaycanda media üçün dövlət rüsumunun 10 dəfə azaldılmasına dair layihəni III oxunuşda təsdiqləyib.
Bununla bağlı "Dövlət rüsumu haqqında” qanunun 22-ci maddəsinə (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Bu dəyişikliklər bəzi rüsumların məbləğində öz əksini tapıb. Müvafiq düzəlişləri nəzərə alaraq "ümumrespublika televiziya yayımı”, "ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilərək dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 50 000 manatdan 5 000 manata qədər endirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























