"Azəristiliktəchizat" Şuşada yeni qazanxana tikir

Hazırda Şuşada "Azəristiliktəchizat" ASC-nin yeni qazanxanasının tikintisi aparılır, bunu səhmdar cəmiyyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
www.anews.az
"Qısa müddət ərzində qazanxananın inşasını başa çatdırmağı düşünürük. Azad edilən digər ərazilərdə də istilik təchizatı sistemlərinin qurulması ilə bağlı layihələrimiz var", - Mirzəliyev deyib.
Onun sözlərinə görə, Energetika nazirliyi, Arxitektura və Şəhərsalma Komitəsi və ölkə başçısının həmin ərazilərdəki nümayəndələri ilə razılaşdırılmaqla konsepsiya hazırlamağa çalışır. Həmin konsepsiyada azad edilmiş ərazilərdə istilik təchizatı sistemlərinin qurulması strategiyasının müəyyən edilməsi nəzərdə tutulub.
İlham Mirzəliyev Azəristiliktəchizat" müxtəlif qurumlara olan borclarının 70-80 %-ni subsidiya hesabına bağladığından danışıb.
"Bu gün istilik tarifi 1 kvadrat metr yaşayış sahəsi üçün 15 qəpik müəyyən edilib. Biz isə bu qiymətə faktiki olaraq bütün mənzili qızdırırıq. Yaşayış sahəsi mənzilin ümumi sahəsindən adətən 2 dəfə az olur. Belə çıxır ki, 1 kvadratmetrə görə 7 qəpik ödəniş edilir. Son nəticədə ilin sonunda bizim borclarımız yaranır və növbəti istilik mövsümünün başlaması gecikir. İstilik təchizatı sosial xidmət olduğu üçün tariflərin artırılması bu vaxta qədər məqsədəuyğun hesab edilməyib. Bunun əvəzində subsidiyanın ayırlması nəzərdə tutulub. Subsidiya bizim borcların 70-80 % ni bağlayır. Qalan borc isə ilin sonunda bağlanır", - o, qeyd edib.

Mirzəliyev vurğuladı ki, məcburi köçkünlərin "Azəristiliktəchizat" ASC-yə 6,384 milyon manat borcu var. "Azəristiliktəchizat" özü də Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə təxminən 14 milyon manat borcludur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib