• $
  • €
  • ₽
  • ₺
  • £

Zahir Əmənov azadlığa buraxılıb

Zahir Əmənov azadlığa buraxılıb
15.04.2022 13:13
Azərbaycanda sayt rəhbəri Zahir Əmənov azadlığa buraxılıb. Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Zahir Əmənovun barəsində polis nəzarətinə verilmə tədbiri seçilib.
 
Zahir Əmənov aprelin 13-də  günorta redaksiyanın ofisində saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etməni nəzərdə tutan 182.1 maddəsi ilə  cinayət işi başlanıb.
 
Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Bakı Mətbuat Klubunun həmtəsisçisi və direktoru, "Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev  bildirib ki,  son vaxtlar Əmənov Masallı rayon icra başçısı Şahin Məmmədovla münasibətlərindəki gərginlikdən şikayətlənib.
 
Sonuncu rayondakı neqativ hallar, pis idarəçilik və sosial problemlərlə bağlı tənqidlərdən narazı qalıb.
 
Bir sıra jurnalist təşkilatları və kütləvi informasiya vasitələrinin rəhbərləri "Cənub.az” regional xəbər saytının redaktoru Zahir Əmənovun saxlanılması ilə əlaqədar Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazova müraciət etmişdi. Onlar nazirdən istintaq müddətində jurnalisti həbs etməməyi xahiş etmişdi.
 
Ləman Qasımova



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol