Bu şəxslərin yeni ştatı və maaşları müəyyənləşib - ƏMR

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun ştat sayı təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli” təsdiq edilib.
İşçi qrupu üçün 1 (bir) xidməti minik avtomobili nəzərdə tutulur. Maliyyə Nazirliyi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun saxlanılması ilə bağlı xərclərin cari il üçün maliyyələşdirilməsini və hər il üçün tərtib edilən dövlət büdcəsində nəzərdə tutulması ilə bağlı tədbirlər görülməsini təmin etməlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























