“Patı” çəkən bloger həbs olundu

Sosial şəbəkələrdə "jam_guliyev” kimi tanınan Cəmil Quliyev saxlanılıb və onun üzərinə baxış keçirilərkən şəxsi istifadə miqdarında metamfetamin (patı) aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirlinin mətbuat xidməti məlumat yayıb.
DİN-in Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin və Baş Narkotiklərlə Mübarizə idarəsinin aprelin 7-də keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı 29-cu polis şöbəsinin əməkdaşlarının tərtib etdiyi protokol Yasamal Rayon Məhkəməsinə göndərilib və Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Cəmil Quliyev barəsində iki ay müddətində inzibati həbs qərarı verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























