Azərbaycanda neçə nəfər yaşayır? - Rəsmi STATİSTİKA

Azərbaycanda 2022-ci il martın 1-i məlumatına görə, 10 164 464 nəfər yaşayır. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında qeyd olunub.
Ölkədəki şəxslərin sayı ilin əvvəlindən 8 098 nəfər və ya 0,07 faiz artıb.
Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləri, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər təşkil edib.
Bu ilin 2 ayında ərzində Azərbaycanda 12557 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,2-dən 7,7- yə düşüb.
DSK-dən bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 20462 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil edib. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,3 faiz, qızların xüsusi çəkisi isə 46,7 faiz olub.Körpələrdən 616-sı əkiz, 33-ü isə üçəm doğulanlardır.
DSK digər sahələrdə də yeni rəqəmlər barədə açıqlama yayıb.
Belə ki, bu ilin yanvar-fevralında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 9 606 nikah və 2 505 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5-dən 5,9-a qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
Bu ilin birinci rübündü Azərbaycan əhalisinin nominal gəlirləri 16 005,5 milyon manat təşkil edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,9% çoxdur. Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 18,5% artaraq 1 593 manata çatıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























