• $
  • €
  • ₽
  • ₺
  • £

Könüllülərin layihə ideyalarının dəstəklənməsi üçün müsabiqə keçirilir

Könüllülərin layihə ideyalarının dəstəklənməsi üçün müsabiqə keçirilir
15.04.2022 15:35
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq "Könüllü Təşəbbüslər” layihə müsabiqəsinə layihə təkliflərinin qəbuluna başlanılır.

Müsabiqə regionlarda könüllülük fəaliyyətinin inkişafı, könüllülərin ideyalarının dəstəklənməsi, könüllülər arasında sosial məsuliyyətin artırılması məqsədi ilə həyata keçirilir.

Azərbaycan könüllüsü olan 16-29 yaş aralığında fiziki şəxslər 5 istiqamət (sosial, ekoloji, vətənpərvərlik, icma təşəbbüsləri və heyvanlara qayğı istiqamətləri) üzrə layihələrini təqdim edərək müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən Azərbaycan könüllüləri https://teshebbus.konullu.az səhifəsinə daxil olaraq məlumatları göndərməklə müsabiqənin iştirakçısı ola bilərlər.

Müsabiqədə iştirak üçün layihə təklifləri 1 may 2022-ci il saat 18:00-dək yuxarıda qeyd olunan qaydada təqdim edilməlidir.

Müsabiqə çərçivəsində seçilən layihələrdə region könüllülərinin həmrəylik nümayiş etdirərək birgə fəaliyyəti əsas götürüləcək. Keçirilən layihələrdə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə regionlarda mövcud Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri resurs mərkəzi rolunda iştirak edəcəkdir.

2022-ci ildə pilot olaraq ümumilikdə 20 layihəyə dəstək göstərilməklə, növbəti illərdə müsabiqənin geniş formatda davamlılığının qorunması da diqqət mərkəzindədir.  

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol