• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR və MDU arasında Anlaşma Memorandumu imzalanıb

SOCAR və MDU arasında Anlaşma Memorandumu imzalanıb
15.04.2022 16:19
Bu gün, aprelin 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və onun "Cənubi Qafqaz Boru Kəməri Şirkəti”ndəki (CQBK) tərəfdaşları ilə Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu "SOCAR Midstream”in icraçı direktoru Fuad Əhmədov və Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov imzalayıb.

"SOCAR Midstream”in təhsil sahəsindəki sosial layihələri barədə məlumat verən Fuad Əhmədov bildirib ki, iqtisadiyyat, biologiya və kimya fənləri üzrə 8 dərslik Azərbaycan dilinə tərcümə edilib. O, həmçinin Massaçusetts Texnologiya İnstitutunun "Məlumat, İqtisadiyyat və İnkişaf Siyasəti”, "MikroMaster” proqramları üzrə Azərbaycan Dövlət İqtisad Universiteti ilə aparılan əməkdaşlıq, 7 universitetdə "SABAH” qrupuna daxil olan və magistratura səviyyəsi üzrə təhsil alan 372 tələbə üçün "IELTS” hazırlıq kurslarının təşkili barədə məlumat verib. Qeyd olunub ki, Mingəçevir Dövlət Universiteti ilə imzalanan Anlaşma Memorandumu neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində Azərbaycanın və regionun dayanıqlı inkişafını dəstəkləyəcək.

Mingəçevir Dövlət Universitetinin təhsil prioritetlərindən danışan Şahin Bayramov qeyd edib ki, "SOCAR Midstream” ilə əməkdaşlıq təhsilin inkişafına, müasir tələblərə cavab verən yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verəcək.

Memorandumda Mingəçevir Dövlət Universiteti və "SOCAR Midstream” arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, mövcud potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadrların hazırlanması məsələləri əksini tapıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol