• $
  • €
  • ₽
  • ₺
  • £

Neftçalanın sabiq icra başçısının müsadirə olunmuş əmlakı - SİYAHI

Neftçalanın sabiq icra başçısının müsadirə olunmuş əmlakı - SİYAHI
15.04.2022 17:00
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilmiş Neftçala rayon İcra Hakimiyyətinin sabiq İsmayıl Vəliyevin 5 milyon manatlıq əmlakı müsadirə olunub.

APA həmin əmlakların siyahısını əldə edib. Siyahını təqdim edirik:

Səbail rayonu, Mətbuat prospektində yerləşən mənzil

Gəncə şəhəri Nizami rayonunda yerləşən fərdi yaşayış evi

Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən 1,5 kv.m qeyri-yaşayış sahəsi

Yasamal rayonu Qurban Xəlilov küçəsində yerləşən ikimərtəbəli mənzil, 6 otaqlı daha bir mənzil

Qobustan rayonu Xilmilli kəndində əmlak kompleksi müəssisəsi (Xırman binası),

Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası

"Neftçala Taxıl” ASC-nin xüsusi mülkiyyətində olan müəssisəsi

Neftçala şəhəri M. Ə. Sabir küçəsində yerləşən "Yurdum” adlı ictimai-iaşə obyekti və torpaq sahəsi

Sabiq icra başçısı İsmayıl Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıblar.

İstintaq orqanı tərəfindən İsmayıl Vəliyev və digərləri barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev 10 il, RİH başçısının keçmiş birinci müavini Vurğun Əkbərov 9 il, icra başçısının digər müavini Gültəkin Sadıqova 6 il 6 ay, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev 8 il, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov 8 il 6 ay, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov 8 il, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov isə 8 il 3 ay azadlıqdan məhrum edilib.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol