• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial verilişlərdə etik qaydalar pozulur - Niyə tədbir görülmür?

Sosial verilişlərdə etik qaydalar pozulur - Niyə tədbir görülmür?
15.04.2022 17:49
Azərbaycan televiziyalarında son zamanlar sosial yönümlü verilişlərdə bir sıra xoşa gəlməz hallar baş verir. Belə ki, verilişə dəvət olunan ekspertlərin hər hansı problemlə bağlı müraciət edən adamlara qarşı  çox sərt və etikadan kənar münasibət nümayiş etdirirlər.  Bu cür davranışlar cəmiyyətdə birmənalı qarşılanmır.
 
Bəs maraqlıdır efir etikası və davranışları necə olmalıdır və buna hansı formada nəzarət edirlər.
 
TV eksperti Zeynal Məmmədlinin sözlərinə görə, müasir texnologiyalar imkan verir ki, efirdə səslənən fikirləri 20 saniyə gecikmə ilə efirə verəsən, amma bizdə efirlərin səviyyəsi çox-çox aşağıdır.
 
"Televiziyalarda işə alınan zaman hər bir işçinin efir üçün etik öhdəliyi olur. Sosial mövzulara satirik yanaşsan anlamaq olar. Lakin sənədli qəhrəmanlardan istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Efir redaktoru meneceri var. Hələ kanalın prezidenti var. Görəsən efirlərdə baş verənlərə baxmırlar?! Maraqlıdır tamaşaçılardan iradlar necə toplanır, buna kim nəzarət edir? Bu cür hallara Milli Teleradio Yayım Şurası nəzarət etməlidir. Hətta şurada da kimlərsə cəzalandırılmalıdır", - ekspert deyib. 

Media hüquqşünası Ələsgər Məmmədli isə bildirir ki, sosial verlişlərdə bu cür baş verən hadisələrə görə yalnız zərərçəkən şəxs şikayət etdiyi halda araşdırılma aparıla bilər.
 
"Televiziyalarda etik çərçivə qanunla qorunur. Şərəf və ləyaqəti təhqir və təhdid edən şəxslər barəsində qanunvericilikdə qeyd olunan maddələr üzrə cəza və cərimələr tətbiq olunur. Bu isə məhkəmə qaydası ilə aparılır. Ümumilikdə isə televiziyaların lisenziya şərtləri var. O şərtləri pozanda həmin lisenziya geri də alına bilər. Əgər zərərçəkən hüquqlarının pozulduğunu hesab edirsə bu zaman aidiyyatı üzrə müraciət edə bilər",  - Ələsgər Məmmədli bildirib.  

Audiovizual Şuradan məsələ ilə bağlı anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu cür hallar baş verdiyi üçün televiziyalara xəbərdarlıq göndərilib.
 
"Audiovizual Şurası tərəfindən həyata keçirilən monitorinqləri zamanı canlı yayımlanan bəzi proqramlarda qonaqlar, iştirakçılar, ekspert qismində iştirak edən şəxslər arasında baş verən fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları qeydə alınıb. Həmin proqramlarda belə situasiyalar əvvəllər nadir hallarda baş verirdi və Şuranın yayımçılara etdiyi xəbərdarlıqların nəticəsində bu hallar sistematik xarakter almırdı. Lakin son günlər ümumölkə televiziya kanallarının efirlərində canlı yayımlanan proqramlar göstərir ki, belə pozuntuların intensivləşməsi və sistematik hala çevrilməsi baş verir. Azərbaycan Respublikası Audiovizual Şurası yayımçıların diqqətinə çatdırır ki, proqramlarda şəxslər arasında fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları bir daha təkrarlanarsa onlara qarşı xəbərdarlıq olunmadan inzibati sanksiyalar tətbiq olunacaq", -  qurumdan bildirilib.
 
 Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol