• $
  • €
  • ₽
  • ₺
  • £

Vəkil Şahin Sultanovla görüşüb

Vəkil Şahin Sultanovla görüşüb
28.04.2014 15:10
 Vəkil Adəm Məmmədov bir neçə gün əvvəl həbs edilən Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovla görüşüb. Bu barədə APA-ya məlumat verən vəkil A.Məmmədov Ş.Sultanovun saxlanma şəraitindən və ya səhhəti ilə bağlı şikayətinin olmadığını qeyd edib: “Şahin Sultanovun vəziyyəti yaxşıdır”. A.Məmmədov son günlər müdafiə etdiyi Ş.Sultanovla bağlı mətbuatda böhtan xarakterli məlumatların yayıldığını bildirib və bu xəbərlərin yayılmasında hərbi ekspert Üzeyir Cəfərovu ittiham edib: “Üzeyir Cəfərov Hərbi Dəniz Qüvvələrini dövlət sirlərini Rusiyaya ötürməkdə ittiham edib. O, çox ağır ittihamlar səsləndirir. Əgər Üzeyir Cəfərov bu yalanları dayandırmasa biz hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Unutmayaq ki, Şahin Sultanovun barəsində həbs-qətimkan tədbirinin seçilməsin onun cinayətkar olmasına dəlalət etmir”. Qeyd edək ki, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğu tərəfindən HDQ-də yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib. Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol