• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxtın bu poliklinikası narkomanların yuvasına çevrilib - Video

Paytaxtın bu poliklinikası narkomanların yuvasına çevrilib - Video
15.04.2022 19:45
Bakının Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 27 saylı Şəhər Poliklinikası narkomanların əlverişli yuvasına çevrilib.

Onlar burada narkotik qəbul etdikdən sonra şprisləri əraziyə atırlar. Bu hal yaxınlıqda yaşayan sakinləri ciddi narahat etməyə başlayıb.
Bizim.media.az-ın əməkdaşı sakinlərin şikayəti əsasında həmin ərazidə olub. Məlum olub ki, uzun müddətdir fəaliyyətsiz qalan poliklinikanın içərisinə çoxsaylı şprislər atılıb.

Sakinlərin dediklərinə görə gecələr bu poliklinikaya narkotik maddə istifadəçiləri toplaşır və onların əlindən küçəyə çıxa bilmirlər.
Tanımadıqları şəxslər gecə səhərə qədər səs-küy salır və heç də yaxşı olmayan işlərlə məşğul olurlar.

"Boş qalan yerə təbii ki, girən olacaq. Nəvələrimizi, uşaqlarımızı sərbəst küçəyə buraxmırıq. Gecə olan kimi təhlükə daha da artır. İstəyirik ki, poliklinika fəaliyyət göstərsin və narkomaniya təhlükəsi aradan qalxsın. Dəfələrlə poliklinikaya toplaşan 10-11-ci sinif şagirdlərini oradan çıxarmışıq. Müəmmalıdır ki, onlar orada nə iş görürlər? Hər halda uşaqlarımız üçün yaxşı nümunə deyil. Çox qorxuruq”, - deyə narazı sakinlər qeyd edib. 

 27 saylı Şəhər Poliklinikası 9 saylı Şəhər Poliklinikasının ərazisinə köçürülüb.

Bina istifadəyə yararsız vəziyyətdə olduğuna görə əsaslı təmir üçün aiddiyyəti üzrə məlumat verilib. Əsaslı təmirin aparılması barədə qərar qəbul edilib

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol