Minaaxtaran itlərin alınması üçün konsert təşkil olunur

ABŞ-Azərbaycan Ticarət Palatası Azərbaycana minaaxtaran itlərin alınması məqsədi ilə Orxideya səsi ( "The Voice of Orchid") adlı xeyriyyə konserti təşkil edəcək. Bu barədə Kennedi Mərkəzi məlumat yayıb.
Vaşinqtonda Kennedi Mərkəzinin Terras Teatrında baş tutacaq konsertdə Bakı Kamera Orkestrinin tanınmış musiqiçiləri çıxış edəcək.

www.anews.az
Vaşinqtonda Kennedi Mərkəzinin Terras Teatrında baş tutacaq konsertdə Bakı Kamera Orkestrinin tanınmış musiqiçiləri çıxış edəcək.
"Azərbaycan klassik musiqisindən ibarət olacaq konsert zamanı toplanan vəsaitin hamısı Azərbaycanda minaları təmizləmək üçün minaaxtaran itlərin alınmasına xərclənəcək. Minalar torpaqları məhsuldar hala gətirmək üçün çalışanlara təhlükə yaradır. Marşal İrsi İnstitutu (The Marshall Legacy Institute) 2005-ci ildən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə əməkdaşlıq edir və 30 milyon kvadratmetrə yaxın əvvəllər çirklənmiş ərazinin axtarışına və geri qaytarılmasına kömək edən 40 xilasedici minaaxtaran it bağışlayıb", - mərkəzdən deyilib.
Minalar necə axtarılır?
Torpağa basdırılmış minanı aşkar etmək üçün mina detektorundan istifadə olunur. Həmin detektorlar minanın metal hissəsindən qayıdan elektromaqnit siqnalı tutaraq basdırılmış minanın yerini aşkar edir.
Torpağa basdırılmış minanı aşkar etmək üçün mina detektorundan istifadə olunur. Həmin detektorlar minanın metal hissəsindən qayıdan elektromaqnit siqnalı tutaraq basdırılmış minanın yerini aşkar edir.
Minaaxtaran itlərin əhəmiyyəti nədir?
2000-ci illərin əvvəlindən başlayaraq Azərbaycanda minaların təmizlənməsində həm itlərdən, həm də robotlardan istifadə olunur. Minalar arasında insan üçün ən təhlükəlisi piyada əleyhinə minalardır, onları isə adi metal detektoru ilə aşkar etmək isə çox çətindir, çünki bu cür minanın gövdəsi plastik materiallardan hazırlanır. Minanın hazırlandığı material plastik olsa da, bütün minalardakı partlayıcı maddənin tərkibi təxminən eyni kimyəvi maddələrdən ibarətdir və həmin maddələri iyduyma qabiliyyəti güclü olan xüsusi təlim keçmiş itlərin köməyilə aşkar etmək mümkündür. 1990-cı illərin sonlarından başlayaraq mina axtarışı işində mütəxəssislər siçovulların iyduyma qabiliyyətindən də istifadə etməyə başlayıb. İtlərin istifadəsiyə müqayisədə siçovullardan istifadə daha ucuz, faydalı iş əmsalı isə daha yüksəkdir.
Aşkarlanan minaların statistikası
2020-ci il 10 noyabr tarixindən 2022-ci il 14 aprel tarixinədək 8 372.9 ha ərazi təmizlənib, 30 572 ədəd mina və PHS aşkar edilib.Zərərsizləşdirilən mina və PHS-in 54 868 ədədi Azərbaycan istehkamçıları, 26 260 ədədi ermənilərin yaşadığı məntəqələrdə Rusiya istehkamçıları tərəfindən aşkar edilib.
BMT-nin dəyərləndirməsinə əsasən, bu gün dünya boyu 70-dək ölkədə basdırılmış minaların ümumi sayı 100-120 milyon civarındadır.
Hər gün orta hesabla dünyada 70-dək insan minaya düşür, minalardan zərər çəkmiş hər 3 nəfərdən biri isə uşaqdır.
Hər gün orta hesabla dünyada 70-dək insan minaya düşür, minalardan zərər çəkmiş hər 3 nəfərdən biri isə uşaqdır.
Ləman Qasımova
İSTİQAMƏT:5.3.7. işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış”;
QEYD:Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























