Media İnkişaf Agentliyinin İcraçı direktoru BDU-nun Jurnalistika fakültəsində görüş keçirilib

Aprelin 15-də Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "Media
sahəsində islahatların hüquqi əsasları" mövzusunda görüş keçirib.
Görüşdə Medianın İnkişafı Agentliyinin əməkdaşları, jurnalistika
fakültəsinin dekanı, professor-müəllim heyəti, tələbə və
magistrantlar iştirak ediblər.
"Özünəməxsus
inkişaf yolu keçmiş Azərbaycan
mediası ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı ictimaiyyətin məlumatlandırılması,
xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində səmərəli fəaliyyət
göstərib”, - Əhməd İsmaylov bildirib.
Daha sonra o, "Media haqqında Azərbaycan Respublikasının Qanunu"nun
əsas müddəalarını şərh edərək onun jurnalistlər üçün əhəmiyyətini
vurğulayıb. Medianın bugünki problemləri, cəmiyyət və media arasında əlaqələr
barədə tələbələrlə fikir mübadiləsi aparılıb.
İnteraktiv formada keçirilən görüşdə tələbələri
maraqlandıran çoxsaylı suallar cavablandırılıb.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























