• $
  • €
  • ₽
  • ₺
  • £

Bu məhsullar bahalaşıb - SİYAHI

Bu məhsullar bahalaşıb - SİYAHI
15.04.2022 23:16
 
2022-ci ilin yanvar-martında istehlak qiymətləri 2021-ci ilin eyni dövrüilə müqayisədə 12,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları 17 faiz, qeyri-ərzaq məhsulları 6,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 10,1 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

2022-ci ilin martında istehlak qiymətləri əvvəlki aya nisbətən 1,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 12,1 faiz artıb.

2022-ci ilin martında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri fevrala nisbətən 1,5 faiz, əvvəlki ilin martına nisbətən 16,8 faiz bahalaşıb.

Cari ilin martında fevrala nisbətən ərzaq məhsullarından vaflinin, peçenyenin, düyünün, unun, toyuq ətinin, təzə balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, xamanın, süfrə marqarininin, kərə yağının, naringinin, heyvanın, narın, soğanın, kartofun, pomidorun, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, limonadın, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, limonun, kələmin və xiyarın qiymətlərində daha çox artım müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin martında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri fevrala nisbətən 0,8 faiz, əvvəlki ilin martına nisbətən 6,6 faiz artıb. 

Cari ilin martında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsulları arasında  yazı kağızlarının, inşaat materiallarının, mebellərin, məişət cihazlarının, sabunların, diş pastalarının, dezodorantların və zərgərlik məmulatlarının qiymətlərində bahalaşma müşahidə edilib.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik olmayıb.

N.Təbrizli


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol