Çindən edilən sifarişlər niyə aylarla gecikir? - Rəsmi cavab

Son zamanlar vətəndaşlar xaricdən, xüsusilə Çindən göndərilən poçt bağlamalarının həddən artıq gec gəlməsindən şikayətlənirlər. Vəziyyət o həddə çatıb ki, bağlamalar 2-3 aya belə alıcıya çatmır.
"Hazırda elektron ticarət mallarının əsas hissəsi Azərbaycana Latviya (Latviya Poçtu) üzərindən gəlir. Bu da məsafə baxımından uzaq olduğundan ləngimələrə səbəb ola bilir. Bununla belə, problemin həlli istiqamətində Latviya Poçtu bir sıra tədbirlər görməkdədir”, - deyə məlumatda qeyd olunur.
Əlavə edilib ki, gecikmələrin səbəbi bəzən sifarişçilərin özündən də qaynaqlana bilir.
"Bu kimi səbəblərə aşağıdakı halları göstərmək olar: sifariş verilən zaman alıcının ünvanının düzgün yazılmaması, seçilmiş yaxın poçt şöbəsinin indeksinin dəqiqləşdirilərək qeyd olunmaması, alıcıya poçt göndərişinin çatması barədə SMS bildirişinin göndərilməsi üçün mobil nömrənin qeyd olunmaması.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























