İmtahandan narazı qalanların sayı - DİM sədri açıqlandı

İmtahan verənlərdən Apellyasiya Komissiyasına 5900 nəfər ərizə verib. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinif buraxılış imtahanları ilə bağlı canlı yayımda deyib.
"Bu, yeni işdir. Bu kurslardan və imtahandan keçən namizədlər yoxlamaya buraxılır. Hər bir sualı iki marker yoxlayır. Bəli, markerlər arasında magistrlar da var. Biz dəfələrlə çağırışlar edirik və cavab isə əsasən gənclərdən gəlir”, - o qeyd edib.
www.anews.az
"Əgər 47 min nəfər imtahan veribsə, onlardan 5900 nəfərin apellyasiya verməsi yüksək göstərici deyil. Martda keçirilmiş buraxılış imtahanlarında iştirak edənlərin 16 faizi 200-baldan yuxarı nəticə göstərib. Bu nəticə isə ümumilikdə 10 min 800-ə yaxın abituriyentə aiddir", o deyib.
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan nəticələrinin tələbələr tərəfindən yoxlanıldığı ilə bağlı iddialarına da münasibət bildirib. O, bildirib ki, 2015-ci ildən başlayaraq markerlər kursu yaradılıb.
"Bu, yeni işdir. Bu kurslardan və imtahandan keçən namizədlər yoxlamaya buraxılır. Hər bir sualı iki marker yoxlayır. Bəli, markerlər arasında magistrlar da var. Biz dəfələrlə çağırışlar edirik və cavab isə əsasən gənclərdən gəlir”, - o qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























