Karantin postları tamamilə sökülür

Koronavirus pandemiyasının yayıldığı kəskin vaxtlarda Bakıdan bölgələrə gedən yollarda qurulmuş postların tamamilə sökülməsinə başlanılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, həmin postlar müvəqqəti xarakter daşıyırdı.
"Postlar daimi xarakter daşımadığı üçün sökülə bilər”, o deyib.
2020 və 2021-ci illərdə koronavirus pandemiyası səbəbi ilə insanların təmasını azaltmaq üçün paytaxtla bölgələr arasında polis postları qurulmuşdu. Məhdudiyətlər zamanı həmin postlardan yalnız "icaze.e-gov.az” portalında icazəsi və müvafiq xidməti vəsiqəsi olan şəxslər keçə bilirdi.(qafqazinfo)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























