• $
  • €
  • ₽
  • ₺
  • £

"For Azerbaijan" Xeyriyyə Təşkilatının Bakı ofisi qeydiyyata alınıb

"For Azerbaijan" Xeyriyyə Təşkilatının Bakı ofisi qeydiyyata alınıb
16.04.2022 23:00
ABŞ-da yaradılan, iki ilə yaxındır ki,  fəaliyyət göstərən "For Azerbaijan” (FA) (www.forazerbaijan.org) Xeyriyyə Təşkilatının Azərbaycan filialını Ədliyyə Nazirliyi dövlət qeydiyyatına alıb.

Xeyriyyə Təşkilatının fəaliyyətində diqqət çəkən əsas məqam xaricdə, xüsusilə ABŞ-da yaşayan azərbaycanlılar arasında qısa müddətdə təşkilatlana bilməsi və əsas fəaliyyətini İkinci Qarabağ müharibəsi qazilərinin və şəhid ailələrinin reabilitasiyasına və sosial-iqtisadi inteqrasiyasına yönəltməsidir.

"For Azerbaijan" Xeyriyyə Təşkilatı qlobal maliyyə, investisiya, inkişaf təşkilatlarında aparıcı mövqelərdə çalışan azərbaycanlılar tərəfindən qurulub.

Təsisçilər təşkilatın institusional strukturu, idarə edilməsi, donor həmvətənlərimiz qarşısında hesabatlılıq və şəffaflıq standartlarını bu sahədə qəbul edilmiş ən müasir meyarlar əsasında müəyyən ediblər.

Bu günədək 50-dən çox qazi və şəhid ailəsi üzvlərinin psixoloji yardım alaraq reabilitasiya olunması layihəsi uğurla reallaşdırılıb. Bundan əlavə 2021-ci ilin iyul ayında FA-nın Azərbaycanda dövlət və özəl sektordan olan tərəfdaşları ilə birgə 79 şəhid övladının intellektual və emosional inkişafını hədəfləyən "QALİBLƏR” adlı yay düşərgəsi təşkil edilib. COVİD-19 pandemiyasının ən pik dövrlərində "For Azerbaijan" Xeyriyyə Təşkilatı ölkəmizin müxtəlif bölgələrində şəhid və qazi ailələri daxil olmaqla ümumilikdə 149 ailəyə maddi yardım göstərib.

Xeyriyyə Təşkilatının qurucularından və İdarə Heyətinin üzvü olan Samir Süleymanovun bildirdiyinə görə, hazırda təşkilat bir neçə istiqamət üzrə işləyir. İlk istiqamət ölkəmizdə müharibə iştirakçılarının, hərbi təcavüzdən əziyyət çəkmiş həmvətənlərimizin psixoloji reabilitasiyasıdır. Bu istiqamətdə dünyanın ən qabaqcıl təcrübəsini öyrənmək, bu sahədə mötəbər qurumlarla əməkdaşlıq qurmaqla Dövlətimizin psixoloji reabilitasiya sahəsində həyata keçirdiyi tədbirlərə yaxından dəstək verməkdir.

Digər istiqamətlərdən biri isə təhsillə bağlıdır. "Gənclər Günü”ndə Prezidentin çıxışındakı tövsiyələri rəhbər tutaraq dünyanın ən qabaqcıl universitetlərinin məzunları və aparıcı maliyyə-inkişaf təşkilatlarında çalışan "For Azerbaijan"nın qurucu üzvlərinin Azərbaycan gəncləri ilə görüşlərinin təşkili, öz təcrübələrini bölüşməsinə imkan verəcək yeni Mentorluq Layihəsinə başlanması planlaşdırılır. Azərbaycanda bu istiqamətdə planlaşdırılan digər layihələr təşkilatın hədəf qrupunda olan insanlara məşğulluqlarını təmin edə biləcək müxtəlif təlim və təhsil təşəbbüslərində iştirak etmək imkanlarının yaradılması ilə bağlıdır. (report.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol