• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verilib

Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verilib
16.04.2022 13:57
Azərbaycanın üçqat dünya və üçqat Avropa çempionu olan sərbəst güləşçisi Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev müvafiq əmr imzalayıb.

Bundan əlavə, DSX rəisinin digər əmri ilə Firdovsi Umudova polkovnik rütbəsi verilib.

Hacı Əliyev Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc, Tokio-2020 olimpiadasının gümüş mükafatçısıdır.
 
Aprel ayının 16-da son dövrdə milli və beynəlxalq idman yarışlarında böyük nailiyyətlər qazanan "Sərhədçi” idman-olimpiya mərkəzinin idmançıları ilə görüş keçirilib.
 
Görüşdə 2021-ci il ərzində mərkəzin idmançılarının 58 müxtəlif statuslu yarışlarda iştirak edərək 154-ü qızıl, 70-i gümüş, 75-i bürünc olmaqla 299 medal qazandıqları qeyd olunub, yalnız 2022-ci ilin birinci rübündə idmançıların Azərbaycan, Avropa, Dünya çempionatları, beynəlxalq və yerli yarışlarda 164 medal qazandıqları, bunların 75-ni qızıl, 45-ni gümüş, 44-nü bürünc medallar təşkil etdiyi vurğulanıb.

"Sərhədçi” idman-olimpiya mərkəzinin idmançılarının təkcə fiziki hazırlığına deyil, həmçinin təd-risinə, Vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyi bildirilib.

Görüşdə dövlət sərhədlərimizin keşiyində ayıq-sayıq duraraq milli maraq-larımızın müdafiəsini şərəflə təmin edən hərbi qulluqçularımız kimi sərhədçi-idmançıların da beynəlxalq yarışlarda ölkəmizi layiqli təmsil etdikləri vurğulanıb, bu uğurların gələcəkdə də ən yüksək səviyyədə davam edəcəyinə əminlik ifadə olunub.

İdmançılar adından çıxış edən polkovnik Firdovsi Umudov göstərilən ali diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıq ifadə edib, yeni uğurlar və qələbələr ilə göstərilən etimadı doğruldacaqlarına söz verib.

Sonda DSX rəisinin əmri ilə xidməti fəaliyyətlərində və mötəbər yarışlarda iştirak edərək yüksək nailiyyətlər əldə edən idmançılar təltif olunub.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol