• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda qanunsuz balıq ovu faktı aşkarlanıb

Lənkəranda qanunsuz balıq ovu faktı aşkarlanıb
16.04.2022 15:34
Lənkəranda qanunsuz balıq ovu faktı aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Su Nəqliyyatında Polis İdarəsinin (NPİ) Lənkəran Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşları tərəfindən ekoloji cinayət törədənlərə qarşı mübarizə və bioloji ehtiyatların mühafizəsi istiqamətində keçirilən növbəti tədbirlər nəticəsində Lənkərançayın rayonun Sütəmurdov kəndi ərazisindən keçən hissəsində qanunsuz olaraq balıq ovlayan rayon sakini müəyyən edilib.

Ondan ov aləti və qanunsuz olaraq ovladığı 71 ədəd balıq aşkarlanaraq götürülüb. Həmin şəxsi təbiətə vurduğu maddi ziyanın məbləğinin 1 067 manat olduğu müəyyən edilib. Fakt üzrə Lənkəran XPŞ-də araşdırma aparılır.

"Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən bir daha xəbərdarlıq olunur ki, həyata keçirilən profilaktik və nəzarət tədbirləri çərçivəsində qeyri-qanuni balıqçılıq və ovçuluq, qanunsuz ov alətlərindən istifadə, su sahəsinin çirkləndirilməsi və digər hallar aşkarlandıqda təqsirkar şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq ediləcək. Eyni zamanda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinə və ya yerli polis orqanlarına məlumat vermələri xahiş edilir", - məlumatda qeyd olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol