• $
  • €
  • ₽
  • ₺
  • £

Əlahiddə Ümumqoşun Ordunun mühəndis bölmələrində məşğələlər keçirilir

Əlahiddə Ümumqoşun Ordunun mühəndis bölmələrində məşğələlər keçirilir
16.04.2022 17:42
Əlahiddə Ümumqoşun Ordunun mühəndis bölmələrində praktiki məşğələlər keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Praktiki məşğələlərə cəlb olunan mühəndis bölmələri səhra təlim mərkəzlərinə çıxarılıb.

Şəxsi heyətin silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadəsi üzrə bacarıqlarının təkmilləşdirildiyi məşğələlər 44 günlük Vətən müharibəsində qazanılmış təcrübəyə əsasən keçirilir.

Məşğələlər zamanı silahlanmada mövcud olan müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranlar, ön xəttin qarşısında qurulacaq partlamayan piyada və tank əleyhinə mühəndis maneələrinin nümunələri, döyüş və avtomobil texnikalarının səngərləri və daldalanacaqları nümayiş etdirilib. Şəxsi heyətə "Pomnis-2” mina sahalərindən keçidaçma qurğusunun taktiki-texniki xüsusiyyətləri və iş prinsipi, mühəndis-müşahidə postlarından düşmənin mühəndis kəşfiyyatının aparılması qaydaları çatdırılıb.

Məşğələlərdə mühəndis yol bölmələri tərəfindən təbii və süni maneələrdən texnikaların keçidi təmin edilib, şəxsi heyət partlayıcı qurğu və vasitələrdən istifadə qaydaları üzrə praktiki məşq etdirilib.

Əlahiddə Ümumqoşun Orduda şəxsi heyətin döyüş hazırlığının artılıması məqsədilə keçirilən məşğələlər davam edir.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol