Xaricdə təhsil alan tələbələrin sayı açıqlandı - İELTS-in bu təhsildə rolu nədir?

2021-2022-ci tədris ilində xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 717 nəfərdir. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Xaricdə təhsil alan gənclərin 29 faizi Bakı, 71 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Rusiya, Macarıstan, Çin, Birləşmiş Krallıq və Latviyanın ali təhsil müəssisələrində təhsil alır.
IELTS imtahanı sistemi kimi 1989-cu ildədən etibarən təşkil edilir. Dünyada ingilis dilli 145 ölkədə və minlərlə təşkilat tərəfindən qəbul edilir. IELTS imtahanı iki növdə olur: Academic və General Training. Dinləmə və danışma bölmələri hər iki test tipi üçün eynidir, lakin oxuma və yazma bölmələrinin mövzusu hansı imtahan tipini seçməyinizə görə fərqlənir. IELTS testinin danışma bölməsi digər testlərdən bir həftə əvvəl yaxud sonra verilə bilər. Testi ümumi müddəti 2 saat 45 dəqiqə təşkil edir.
IELTS kursları neçəyədir?
Y.E.S. Education - 90 manat (qrup), 135 manat ( fərdi)
Washington School of Languages - Yerli müəllimlə: 150 manat (qrup), 250 manat (fərdi). Xarici müəllimlə: 200 manat (qrup), 320 manat (fərdi)
Stimul Education - 110 manat (qrup), 220 manat (fərdi)
Qafqaz Hazırlıq Kursu - 120-150 manat (qrup), 200 manat (fərdi)
Zəfər Kursları - 120 manat (qrup)
"Uğur MM” Tədris Mərkəzi - 130 manat (qrup), 170 manat (fərdi)
Elbite kursları - 150 manat (qrup), 220 manat (fərdi)
İntellekt Tədris Mərkəzi - 100 manat (qrup), 150 manat (fərdi)
Vision Tədris Mərkəzi - 120 manat (qrup), 150 manat (fərdi)
British Academy - 110 manat (qrup), 220 manat (fərdi)
"Calal-1” Tədris Mərkəzi - 150 manat (qrup), 200 manat (fərdi)
CELT - 225 manat-3 nəfərlik qrup, 285 manat-2 nəfərlik qrup, 360 manat-fərdi
"Esperanto” Tədris Mərkəzi 150 manat-fərdi
EXCELLENCE TRAINING CENTRE 95 manat-qrup, 125 manat –fərdi
Barattson 99 manat-qrup (saat 9-dan-1-dək), 109 manat –saat 1-dən 5-dək, 119 manat-saat 5-dən 7-dək, 129 manat –saat 7-dən 9-dək, 199 manat- fərdi (saat 9-dan 5-dək) , 229 manat-fərdi (saat 5-dən 9-dək)
Baku Languages Business School 120 manat-qrup (saat 6-dək), 140 manat –qrup(6-dan sonra), 220 manat-2-4 nəfərlik qrup, 350 manat -fərdi (saat 6-dək), 400 manat (6-dan sonra)
No Limits Education 70 manat-qrup (7-10 nəfər), 99 manat –qrup (5 nəfər), 160 manat –fərdi

Həmçinin, cari ilə 797 nəfər xaricdə aldığı diplomun tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edib. Bunların arasnda Rusiya, Ukrayna Türkiyə, Gürcüstan, Latviya, Amerika Birləşmiş Ştatları və digər ölkə universitetlərinin məzunları var.
Azərbaycanlıların böyük qismi ingilis dilinin hakim rol oynadığı ölkələrdə təhsil alır. Hətta bəzi universitetlər dil biliyinin səviyyəsini təsdiq edən sertifikat əsasında tələbə qəbul edir.
Səid Abbaszadə Böyük Britaniyanın tanınmış universitetlərinin birində təhsil alır. Abbaszadə vurğulayır ki, orta və ali məktəbdə ingilis dilinin inkişaf elətdirə bilmədiyi üçün, kurslara gedib, beynəlxalq sertifikat alana kimi 5 minə yaxın xərci çıxıb.
"Məktəbə başlayan gündən ingilis dili keçmişik. Lakin müəllimlərin zəif dili bilgisi ucbatından şagirdlər heç nə öyrənə bilmədi. 11 il boyunca sadəcə özümüzü təqdim etməyi öyrəndik, onu da ala-yarımçıq. Daha sonra universitetdə ingilis dili keçdik. Müəllim ancaq özünə şirin davranan tələbəyə yuxarı bal yazdı. Yenə heç nə öyrənmədik. Halbuki, xarici ölkədə oxumaq üçün mənə ingilis dili vacib idi. Əvvəlcə fərdi hazırlığa başladım. A1 Başlanğıc səviyyəsi ilə başladım. Həmin kurslara aylıq 150 azn ödəyirdim. Təxminən 1 il yarım fərdi kurslara getdim. İntermediate Levelə çatdıqdan sonra qrupla hazırlıqlara getdim. Ora 100 manat verirdim. İELTS-ə başlayanda isə kursa 365 manat verirdim ki, fərdi öyrətsinlər. İlkin mərhələdən İELTS-ə kimi kitablar alırdım ki, onların da qiymətləri baha idi. 2 il yarıma ingilis dilini öyrəndim, lakin 5 minə qədər pul xərclədim. Daha az pul xərcləyə bilərdim. Təəssüf ki, Biləsuvar kimi rayonda nə ingilis dilini öyrədən yaxşı məktəb oldu, nə də Bakıdakı bakalavr illərimdə dil biliyimin artmasına yardım edən universitet", - Abbaszadə söylədi.
Abbaszadə vurğuladı ki, insan istənilən yaşda yüksək dil biliyinə malik olmalıdır, əks halda 1 addım geridə olur. O, IELTS sertifikatının ona həmişə müsbət xal gətirdiyini bildirdi.
Bəs, IELTS seritifikatı nədir?
IELTS (International English Language Testing System) beynəlxalq imtahan sertifikatı olub, ingilis dili səviyyənizi ölçür.
IELTS imtahanı sistemi kimi 1989-cu ildədən etibarən təşkil edilir. Dünyada ingilis dilli 145 ölkədə və minlərlə təşkilat tərəfindən qəbul edilir. IELTS imtahanı iki növdə olur: Academic və General Training. Dinləmə və danışma bölmələri hər iki test tipi üçün eynidir, lakin oxuma və yazma bölmələrinin mövzusu hansı imtahan tipini seçməyinizə görə fərqlənir. IELTS testinin danışma bölməsi digər testlərdən bir həftə əvvəl yaxud sonra verilə bilər. Testi ümumi müddəti 2 saat 45 dəqiqə təşkil edir.
Sözügedən sertifikat niyə əhəmiyyətlidir?
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucovun sözlərinə görə, nəinki xaricdə oxumaq istəyənlər, eləcə də kooperasiya şirkətləri, beynəlxalq müəssisələr işə qəbul zamanı İELTS sertifikatı tələb edə bilir.

"Azərbaycan Milli Elmlər Akademiyasında doktoranturaya qəbul zamanı da bu sertifikat tələb edilir. Bu da bəzən narazılıqlar yaradır. Çünki orta məktəb səviyyəsində keçirilən ingilis dili bu sertifikatı almağa yetərli olmur. Hətta ingilis dilli məktəbləri bitirənlər də kursa getmədən sertifikat ala bilmir. Sözsüz ki, dövlət məktəbləri ilə müqayisədə ingilis dili burada daha yüksək səviyyədə təşkil olunur, amma bu da yetərli olmur. Mütləq şəkildə xüsusi kurslara getmək məcburiyyəti yaranır, insanlar pullarından keçib sertifikat üçün hazırlıqlara başlayır. Kursların qiyməti isə olduqca bahadır. İngilis dili bazası olanlar nisbətən az pul xərcləsə də, dil biliyi zəif olanlar daha çox maddi əziyyət çəkir", - Orucov bildirdi.
IELTS kursları neçəyədir?
Kaspi Təhsil Mərkəzi - 120 manat (qrup şəklində), 250 manat (fərdi)
Megapolis Tədris Mərkəzi - 120 manat (qrupda), 200 manat (fərdi)
Y.E.S. Education - 90 manat (qrup), 135 manat ( fərdi)
Washington School of Languages - Yerli müəllimlə: 150 manat (qrup), 250 manat (fərdi). Xarici müəllimlə: 200 manat (qrup), 320 manat (fərdi)
Stimul Education - 110 manat (qrup), 220 manat (fərdi)
Qafqaz Hazırlıq Kursu - 120-150 manat (qrup), 200 manat (fərdi)
Zəfər Kursları - 120 manat (qrup)
"Uğur MM” Tədris Mərkəzi - 130 manat (qrup), 170 manat (fərdi)
Elbite kursları - 150 manat (qrup), 220 manat (fərdi)
İntellekt Tədris Mərkəzi - 100 manat (qrup), 150 manat (fərdi)
Vision Tədris Mərkəzi - 120 manat (qrup), 150 manat (fərdi)
British Academy - 110 manat (qrup), 220 manat (fərdi)
"Calal-1” Tədris Mərkəzi - 150 manat (qrup), 200 manat (fərdi)
CELT - 225 manat-3 nəfərlik qrup, 285 manat-2 nəfərlik qrup, 360 manat-fərdi
"Esperanto” Tədris Mərkəzi 150 manat-fərdi
BELC 100 manat-qrup, 150 manat-fərdi
EXCELLENCE TRAINING CENTRE 95 manat-qrup, 125 manat –fərdi
Barattson 99 manat-qrup (saat 9-dan-1-dək), 109 manat –saat 1-dən 5-dək, 119 manat-saat 5-dən 7-dək, 129 manat –saat 7-dən 9-dək, 199 manat- fərdi (saat 9-dan 5-dək) , 229 manat-fərdi (saat 5-dən 9-dək)
Baku Languages Business School 120 manat-qrup (saat 6-dək), 140 manat –qrup(6-dan sonra), 220 manat-2-4 nəfərlik qrup, 350 manat -fərdi (saat 6-dək), 400 manat (6-dan sonra)
No Limits Education 70 manat-qrup (7-10 nəfər), 99 manat –qrup (5 nəfər), 160 manat –fərdi
Kursların qiyməti mütəmadi olaraq dəyişə bilir. Dəyişikliklər tələbənin dil səviyyəsinə, kurs daxili kampaniyalara, müəllimlərə və digər mövcud qurumlardan asılı olur.
Ləman Qasımova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib