• $
  • €
  • ₽
  • ₺
  • £

“Nur” çörək zavodundakı ölümlə bağlı işçiyə - HÖKM OXUNDU

“Nur” çörək zavodundakı ölümlə bağlı işçiyə - HÖKM OXUNDU
18.04.2022 10:15
Bakıda çörək zavodunda qadının ölməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Nərimanov rayon Məhkəməsində "Nur” çörəkbişirmə zavodunun işçisi, 1988-ci il təvəllüdlü Jalə Nurəliyevaya hökm oxunub.

O, ehtiyatsızlıq edərək iş yoldaşı, 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın faciəvi şəkildə ölümünə səbəb olmaqda ittiham edilib və Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndiriləndirilərək aylıq qazancından hər ay dövlət nəfinə 20 faiz pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilib.

Yanvarın 7-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən "İsrafiloğlu” MMC-yə məxsus "Nur” çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalmış və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. (Qafqazinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol