Lənkəranda fermaya silahlı basqın edən şəxs tutulub

Lənkəranda fermaya silahlı basqın edən şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev deyib.
Rayonun Tükəvilə kənd sakini Firqət Kəlbiyev aprelin 18-i gecə saatlarında rayonun Separadi kənd sakini V.Məmmədova məxsus həmin kənddə yerləşən fermaya gələrək aralarında baş verən mübahisə zəminində sonuncuya və onun anası C.Məmmədovaya bıçaqla xəsarətlər yetirilib.
Hadisəni törədən F.Kəlbiyev özü də həmin vaxt taxta parçası ilə xəsarət alıb.
Həmin şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib