• $
  • €
  • ₽
  • ₺
  • £

Birgünlük cücələrin Azərbaycana idxalı - TƏHLÜKƏLİDİR

Birgünlük cücələrin Azərbaycana idxalı - TƏHLÜKƏLİDİR
18.04.2022 15:58
Birgünlük cücələrin Azərbaycana idxalı xəstəliklərin yayılması nöqteyi-nəzərindən təhlükəlidir.

Bunu "Siyəzən Broyler”in rəhbəri Cavid Abbasov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərliyi ilə onlayn formatda keçirilən görüşdə çıxış edərkən deyib.

Onun fikrincə, birgünlük cücələrin ölkəyə idxalı ya tamam dayandırılmalı, ya da məhdudlaşdırılmalıdır.

"İşimiz çoxdur, problemlərimiz də var və onların həllində biz dövlət orqanlarından dəstək istəyirik. Çox yaxşı haldır ki, Azərbaycana diri toyuqların idxalı dayandırılıb. Hazırda birgünlük cücələr idxal olunur. Hesab edirik ki, birgünlük cücələrin idxalı ya tamam dayandırılmalı, ya da məhdudlaşdırılmalıdır. Çünki hər bir ölkənin özünəməxsus epizotik vəziyyəti, öz peyvəndləmə proqramı var. Bir xəstəliyin müxtəlif ölkələrdə müxtəlif ştammları yayılır deyə peyvəndləmə də fərqli aparılır. Bu baxımdan, başqa ölkələrdə yetişdirilən birgünlük cücələrin Azərbaycana idxalı xəstəliklərin yayılması nöqteyi-nəzərindən təhlükəlidir. Bizim yerli istehsalçıların ölkəni cücə ilə tam təmin etməyə potensialı var”, - deyə Cavid Abbasov qeyd edib.


Cavid Abbasovun sözlərinə görə, istehsalçıları narahat edən digər məsələ, əsasən MDB ölkələrindən idxal olunan, çəkisi 800 qramdan artıq olmayan toyuqların bazarlarda və bəzi market şəbəkələrində ucuz qiymətə satışıdır.


"Belə ki, Bakı və region bazarlarında bir çox hallarda bu toyuqları "Siyəzən”, "Şəfa”, "Səba”, "Mərcan” və sair yerli istehsalçıların adı altında satışa çıxarırlar. Biz həmin toyuqların qida təhlükəsizliyi baxımından zərərli olduğunu deyirik. Çünki quşçuluq biznesinin qaydası budur ki, 800 qramlıq toyuğu kəsmək iqtisadi baxımdan səmərəli deyil. Dünyanın heç bir ölkəsində bu çəkidə toyuq kəsilmir – xəstəliklər yayılanda istisna olmaqla. Müxtəlif xəstəliklər yayılanda sahibkar məcbur olur toyuqları vaxtsız kəsir ki, tələf olmasın. Buna görə də ölkəmizə gətirilən və çox ucuz qiymətə təklif olunan belə toyuqlar əhalinin sağlamlığı üçün böyük təhlükə mənbəyidir”, - deyə Cavid Abbasov əlavə edib. (Apa)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol