• $
  • €
  • ₽
  • ₺
  • £

Xəstəxananın doğum şöbəsinin giriş qapısı niyə hörülüb? - AÇIQLAMA

Xəstəxananın doğum şöbəsinin giriş qapısı niyə hörülüb? - AÇIQLAMA
18.04.2022 17:10
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum Evi şöbəsinin giriş qapısı rəhbərlik tərəfindən şəhər sakinlərinin üzünə qapadıldığı iddia edilib. 
Bu barədə sosial şəbəkələrdə paylaşım edilib. 
 
Bildirilib ki, doğum evinin yeganə və mərkəzi girişi satıldığı üçün hörülüb.
 
TƏBİB Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin giriş qapısının bağlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
 
Qurumdan  bildirilib ki, hazırda Şirvan Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların rahat istifadəsi üçün dörd giriş-çıxış hissəsi mövcuddur ki, onlardan ikisi eyni zamanda nəqliyyat vasitələri ilə gələn vətəndaşlar üçün nəzərdə tutulub:
 
"Vətəndaşlar öz nəqliyyat vasitəsilə xəstəxananın həyətinə daxil ola və geniş parklanma zolağından istifadə edə bilərlər. Qeyd edək ki, həmin giriş hissələri bir-birindən 20 metr məsafədə, doğum evinə isə 50 metr uzaqlıqda yerləşir”.
 
"Bundan öncə doğum evinin giriş hissəsi kimi istifadə olunan yerin hasara alınması ilə bağlı  sosial şəbəkələrdə səsləndirilən ittihamlar həqiqəti əks etdirmir.


Doğum evinin giriş hissəsində taksi fəaliyyəti ilə məşğul olan şəxslərin kütləvi toplaşması, eyni zamanda, girişə yaxın hissədə səyyar satış piştaxtalarının qurulması ilə bağlı daxil olan vətəndaş şikayətlərinə uyğun olaraq giriş hissənin fəaliyyəti dayandırılıb”, - deyə qeyd edilib.(Oxu.az)



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol