• $
  • €
  • ₽
  • ₺
  • £

“Meyvəli” bazarının Dövlət Agentliyinə 250 min borcu yaranıb

“Meyvəli” bazarının Dövlət Agentliyinə 250 min borcu yaranıb
18.04.2022 21:38
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi "Meyvəli” kimi tanınan məşhur bazarı məhkəməyə verib.

"Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, Agentlik Bakı Kommersiya Məhkəməsinə müraciət edərək "Meyvəli”nin quruma 250 min manat borcu olduğunu bildirib.

İddia onunla əsaslandırılıb ki, 2015-ci ildə bağlanmış müqaviləyə əsasən, "Meyvəli” rəhbərliyi AKİA-dan mobil tipli kəsimxana avadanlıqlarını lizinqə götürüb. Lakin müqavilə üzrə öhdəlikləri yerinə yetirməyib. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, "Meyvəli” rəhbərliyi agentliyə olan borcunu ödəməyib.

Məhkəmə iddianı qismən təmin edib. Məbləğin cərimələr hissəsi silinməklə Agentliyə 151 min manat ödənilməsi ilə bağlı qərar çıxarılıb.
Qeyd edək ki, məhkəmənin qərarı ötən ilin oktyabrında çıxıb. "Meyvəli” şirkəti apellyasiya şikayəti müddətini ötürdüyü üçün yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edərək müddətin bərpa olunmasını xahiş edib.

Ümumi ərazisi 35 hektar olan "Meyvəli" bazarı kənd təsərrüfatı məhsullarının topdan satışı və tranziti üçün nəzərdə tutulub

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol