Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir? - FOTO

Baş Prokurorluq "Tərtər işi” ilə bağlı bir nəfər barəsində axtarış elan edilməsi haqda məlumat yayıb.
"Qafqazinfo" xəbər verir ki, qanunsuz həbs edilən hərbçilərə işgəncə verməkdə təqsirləndirilən Əzizov Polad Seyfəddin oğlunun daha əvvəl saxlanıldığı, sonradan buraxıldığı məlum olub.
Belə ki, 1982-ci il təvəllüdlü gizir Polad Əzizov 2015-ci ilin oktyabrında Xüsusi Təyinatlı Qüvvələrdən və Ordu sıralarından tərxis olunub. Lakin o, 2016-cı ilin aprelində yenidən ordu sıralarına bərpa edilib və həmin ilin dekabrında Tərtər əlahiddə kəşfiyyat taborunda xüsusi təyinatlı bölükdə xidmətə başlayıb.
2017-ci ilin mayında isə Polad Əzizov Tərtərdə aşkara çıxarılan casus şəbəkəsinin üzvlərinə işgəncə verməkdə şübhəli bilinərək həbs edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























