Azan səsindən narahat olanlar nə etsin? - ARAŞDIRMA

Dini inancı fərqli olanları, səhhətində problem yaşayanları, eləcə də bir qisim insanı yüksək ton ilə səsləndirilən azan narahat edir. Bunu anews.az-a müsahibəsində Leyla Məmmədli (şərti ad - red.) bildirib.
Azərbaycanda 2253 məscid mövcuddur. Həmin məscidlərin əksəriyyətində gündə 3 dəfə azan səsləndirilir. Azanın biri səhər saat 4-5 radələrinə, digəri 12:00-13:00 aralığında, üçüncüsü isə 19:00-dan 20:00-a olan saatların birində səsləndirilir. Paytaxt Bakı ilə bölgələr arasında azanın oxunmasında saat fərqi də müşahidə edilir.
Leyla Məmmədli (şərti ad - red.) deyir ki, Azərbaycanın istənilən ərazisində xüsusilə, səhər saatlarında azan səsləndirilməsindən narazıdır. Onun sözlərinə görə, bu, onun istirahət hüququnun pozulmasıdır, adamların yuxudan oyanmasına səbəb olur.
"Mənim dini görüşüm fərqlidir, amma azan səsinə mənfi münasibətim bununla bağlı deyil. Uşaq olandan bizə azan səsinin müqəddəs olması aşılanıb. Hətta azan səslənəndə evdə hər kəs sakit otururdu. Azanın səsi evin hər yerindən gəlirdi. Çünki məscid yaxınlığında yaşayırıq. Bir müddət əvvəl nənəm xəstələndi, yuxu ilə bağlı ciddi problemləri var idi. Səhərin erkən saatlarında azanın səsləndirilməsi isə onu yuxudan oyadırdı. Bu nə dərəcədə düzgündür? Allahın səsi deyirlər. Bəyəm tanrı səsi xəstə insanları narahat etmək üçün vasitədir? Olmaz ki, məscidlərdə azan verilməsin, yaxud da səsucaldıcı yığışdırılsın adi insanlar oxusun? Həm də Azərbaycan islam ölkəsi deyil, burada fərqli dinlərə mənsub şəxslər var. Əsas məsələ bizim istirahət hüququmuzun pozulmasıdır. İnzibati Xətalar Məcəlləsində 521-ci maddə var. O maddəyə görə, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmaq, ucadan mahnı oxumaq, musiqi alətlərini ucadan çalmaq, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmaq, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məsciddə səhərə yaxın yüksək səs ilə azan verilməsini hüquq pozuntusu sayıram", - o söylədi.
Leyla Məmmədli (şərti ad - red.) azan səsinin dayandırılması ilə bağlı məscidə müraciət etsə də, onun şikayətinə baxılmayıb. Onun sözlərinə görə, bu narazılığını açıq-aşkar dilə gətirəndə isə onu kafir adlandırıblar.
"Nənəm xəstə olan vaxt məsciddə bir axunda yaxınlaşdıq və niyə azanın səsucaldıcı ilə verildiyini soruşduq. O da insanların istəyi olduğunu bildirdi. Mən də "biz isə istəmirik, çünki xəstəmizi narahat edir" dedim. Onlar isə bizə sərt reaksiya verib, azanın əslində şəfa təsiri bağışladığını dedi. Axı bu məntiqsizdir. Biz hər gün azan səsi eşitməyə məcbur deyilik. Kim istəyir mobil tətbiq yükləsin, oradan qulaq assın. Quranda da yazılmayıb ki, səsgücləndiri ilə azan oxunsun. Bu, sadəcə bəzi insanların özünü hədsiz dindar göstərmək istəyindən yaranıb", - o vurğuladı.

Leyla Məmmədli (şərti ad - red.) bu məsələdən narazı olan nə ilk, nə son insandır. Artıq uzun illərdir ki, zaman-zaman onların bu problemini müxtəlif şəxslər dilə gətirir, lakin heç bir nəticə vermir.
Anews.az azan səsindən narahat olanların problemini araşdırdı.
Məlum oldu ki, Milli Məclisdə və parlamentin İctimai birliklər və dini qurumlar komitəsində bu məsələ heç vaxt müzakirəyə çıxarılmayıb.
Deputatdan münasibət - "Azan səsindən narahatdırsa, başqa yerə köçsün"
Sözügedən komitənin üzvü, deputat Cavanşir Paşazadə bildirir ki, Azərbaycan əhalisinin 80-85 faizi müsəlman olan ölkədir və həmin çoxluq azan səsləndirilməsinin tərəfdarıdır.
"Məncə insanların çoxu azan səsini sevir. Bəzi şəxslər namazın, orucun açılma vaxtını azan ilə bilir. Azan səsindən narahat olanlar kimi, bu səsi bəyənənlər də öz hüquqlarının olduğunu deyir. Haqlıdırlar da. Sevməyənlərin əksəriyyəti Ramazanda partlayış olan gecə klubu kimi məkanlardakı musiqiləri sevənlərdir. Bu, onların şəxsi işidir, özləri bilərlər, dəstəkləmirəm. Amma xaricdə islamafobiya yaratmaq istəyənlər ölkədəki şüuraltı zəif insanlardan istifadə edərək bu məsələni gündəmə gətirirlər. Azərbaycanda kilsə də az deyil. Həmin insanlar kilsədən çıxan səsdən narahat olurlarmı, görəsən? Ümumiyyətlə, azan səsi ən çox məscid yaxınlığından gəlir. Əgər kimisə ciddi narahat edirsə, başqa yerə köçə bilər", - deputat bildirdi.

Qafqaz Müsəlmanlar İdarəsindən şikayət ilə bağlı münasibət öyrənə bilmədik, zənglərimiz cavabsız qaldı.
İlahiyyatçılar azan səsinin yüksək tonda oxunulmasının zərəri varsa bunun tənzimlənməli olduğunu düşünür.
İlahiyyatçı - "Azan Quran kitabında olmayan bir məsələdir, sonralar dinin ritualına çevrildi"
İlahiyyatçı Elşad Mirinin açıqlamasına görə, azanın səsləndirilməsini məhdudlaşdırmaq yox, tənzimləmək lazımdır.
"Azan insanları namaza dəvət etmək üçündür. Quranda bu yoxdur, sadəcə insanlar bir-birilərini ibadətə çağırmaq üçün bu yolu seçib. Lakin Peyğəmbərin yaşadığı dövrdə nə səsgücləndirici, nə də başqa qurğu var idi. İnsanlar xoş avazlı birini seçir, o da azan verirdi. İndi isə ya yaxşı səsləndirilmir, ya da səsin səviyyəsini qaldıraraq insanları narahat edirlər. Bu da xəstələr üçün problemdir. Buna görə də səsi tənzimləmək lazımdır ki, hamı razı qalsın", - o bildirdi.
Elşad Miri bildirir ki, bu səsləndirmə tərzi tək Azərbaycana xas deyil.
"Türkiyədə Ramazanda davul çalaraq insanları oyadırlar, Avropa ölkələrində müsəlmanlar üçün azan səsləndirilir. İnsanlar da bu normal qarşılayır. Çünki orada düzgün tənzimlənib. Azərbaycanda da bunu düzgün təşkil etmək olar. Azan səsini sevməyənləri isə kafir adlandırmaq yanlış addımdır", - o əlavə etdi.
İlahiyyatçıdan təklif - "Problem məscid rəhbərliyi və sakinlər arasında həll edilməlidir"
İlahiyyatçı Hacı Təyyar düşünür ki, azan müsəlman və qeyri-müsəlmanlar üçün xoş təsir bağışlasa da, qıcıq yaradırsa bununla bağlı tədbir görülməlidir.
"Asan İslam dünyasında vacib rola malikdir, Allahın mesajıdır. Azan ümumi çağırışdır. Texnologiyanın inkişafı azanın səsləndirilməsinin məscidlərdən yığışdırılmasına səbəb olmamalıdır. İnsanlar telefonda azan dinləyə bilər. Amma bu eyni effekti verməyəcək, çünki azan insanları namaza çağırmaq üçün fərdi yox, ümumi vasitədir. Necə ki, gəmilərdə SOS siqnalı var, bu da müsəlmanlar üçün əhəmiyyətli siqnaldır. Azan cəmi 3 dəqiqə davam edir. Bu, niyə kiməsə mane olmalıdır axı. Milli Məclis tərəfdə bir məsciddə azan verilmir, deyirlər ki, insanları narahat edir. Bu yanlışdır. Yerli-yersiz mahnılara qulaq asırlar, 3 dəqiqəlik azandan narahat olurlar. Müasir dünyada səsucaldıcılar ilə azanın oxunması bəzən insanlarda qıcıq yarada bilir. Məscid yaxınlığında qalanlar üçün bu ciddi problem olur. Belə olanda sakinlər məscid rəhbərləyinə məlumat verib, problemi böyütmədən həll edə bilərlər. İlahiyyatçı kimi tövsiyə edirəm ki, azanı düzgün təqdim etmək lazımdır ki, insanlar o çağırışı müsbət qarşılasın", - Hacı Təyyar söylədi.
Şeyxin müavini - "Narazıdır qulağına pambıq qoysun"
Şeyxülislam Allahşükür Paşazadənin müavini Qəmər Cavadlının sözlərinə görə, məscidlərdəki səsgücləndiricilər xüsusi qərar ilə normada saxlanılır.
"Bütün məscidlərdə xüsusi qərar ilə səsgücləndirici normada saxlanılır", o dedi. Bəs Məscid yaxınlığında yaşayan insanlar narazıdırsa onlar nə etsin? sualımıza isə Cavadlı "bir adam ki, azandan narazıdır, nə demək olar, narazıdır qulağına pambıq tıxasın" deyə cavab verdi.

Vəkil - "Narazı olanlar yerli icra orqanına, Polis bölməsinə şikayət edə bilər".
Azərbaycan qanunvericiliyi vətəndaşlara həm dini etiqad azadlığı , həm də istirahət hüququ verir.
Qanunvericiliyə əsasən, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.

Yenə həmin qanunvericiliyə əsasən, hər kəsin istirahət hüququ var.
Amma azan səsindən narahat olan insanlar bildirir ki, səhərlər onların istirahət hüququ pozulur.
Vəkil Bəhruz Bayramovun fikrincə, yüksək ton ilə azan səsləndirilməsi qanunvericilikdə ziddiyyət yaradır, buna görə də birmənalı cavab vermək çətindir.
"İnsanların dini etiqad azadlığı var. Heç kimə dininə görə məhdudiyyət qoyula bilməz. Həmçinin, insanların istirahət hüququ var ki, pozulması qanuna ziddir. Belə olduqda isə səhərlər oxunan azan bəzi insanların istirahət hüququnu poza bilir. Belə şəxslər yerli polis şöbəsinə, İcra Hakimiyyətinə, Qafqaz Müsəlmanlar İdarəsinə müraciət edə bilərlər. Müraciətlərinə baxılıb, sonra tədbir görülə bilər", - Bayramov deyir.
Yüksək ton ilə səsləndirilən azanın psixologiyaya təsiri nədir?
İnsanların bəziləri azan səsi ilə xoşbəxt olduğunu düşünür. Psixoloq Fidan Qasımova bildirir ki, insanların dinə bağlılığı xoş təsir verə bilər, amma məscid yaxınlığında qalanlar üçün zərərlidir.
"Normadan artıq səs-küy xoşagəlməz və ya arzuedilməz akustik hadisə olub, ümumi psixoz yaradan bioloji qıcıqlandırıcı kimi insan sağlamlığına mənfi təsir göstərir və əmək məhsuldarlığını 10-20 % aşağı salır. İnsanların yuxu rejiminə təsir göstərən hər şey zərərdir. Səhər azanı tez-tez uşaqları yuxudan oyadıb, rejimlərini pozur. İnsan qulağı üçün ən uyğun səs 60-70 db arasında yəni normal danışma səsini meydana gətirən dəyərlər… Qulağa zərər verən səsin şiddəti isə 80 dbin üzərində. İstanbul Memorial Xəstəxanası KBB Eksperti Dr. Mənbə Közlü, "85 dbdən daha çox səsə məruz qalmanın zərərli olduğu dəqiqləşmişdir. Belə bir vəziyyətdə iç qulaqdakı sinir hüceyrələri ölər. Yüksək səsə məruz qalma müddəti uzandıqca hüceyrə itkisi də o nisbətdə artar və eşitmə azalar. Bəzi insanlar azanın səsi ilə kədərlənib, depresiyaya da düşə bilər. Bütün bunları nəzərə alıb azan səsləndirilməsini uyğunlaşdırmaq lazımdır", - Psixoloq bildirdi.

İnsanlar azanın səsləndirilməsinə münasibəti - Sosial sorğuya əsasən
İnsanların azan səsləndirilməsi barədə düşüncələri fərqlidir. Anews.az-ın Facebook-da keçirdiyi sorğuda 66 nəfər iştirak edib. 50 nəfər azanın istənilən tonda səsləndirilməsini sevir və yüksək ton onları narahat etmir. 14 nəfər azanın səsucaldıcı ilə səsləndirilməsinin əleyhinədir. Həmin respondentlər düşünür ki, namaz vaxtını mobil tətbiqdən öyrənmək olar, azan səsinə qulaq asmaq istəyənlər isə evlərində bunu təşkil edə bilər. 3 nəfər isə məsələyə neytral münasibət bildirib. Onların fikrincə, Azərbaycan tolerant ölkədir, dini azadlıqları var və heç bir məhdudiyyət tətbiq edilə bilməz.
Azan nədir?
Azan, namaz vaxtının gəldiyini bildirir.
Sünni məzhəbində azanın tarixini Abdullah ibn Zeyd adlı ilə bağlayırlar. Bu nəzəriyyəyə görə, hicrətdən sonra Mədinədə məscid tikilib qurtardıqda Məhəmməd Peyğəmbər namaz vaxtını hansı üsulla elan etmək barədə sual verir. Kimisi zəng çalmağı, kimiçi şeypur üfləməyi, kimisi də ocaq qalamağı təklif edir. Lakin bunlar xristian, yəhudi və atəşpərəst ayinləri olduğu üçün, Peyğəmbər heç birini bəyənmir.Bir neçə gündən sonra Abdullah ibn Zeyd Peyğəmbərin yanına gəlib, qəribə yuxu gördüyünü bildirir. Guya yuxuda yaşıl geyimli bir nəfər ona namaz çağırışını öyrətmək istədiyini söyləyib, üzü qibləyə əvvəlcə azanı, ardınca da iqaməni oxuyub. Peyğəmbər bunu bəyənir və həmin qayda ilə ilk azanı oxunur.
Şiə məzhəbinə görə, azanın verilmə qaydası Allah tərəfindən Cəbrayıl vasitəsilə Peyğəmbərə tapşırılıb. O, insanlar arasında bunu yayıb.
2007-ci ildə azana qadağa qoyulmaq istənilib, amma Prezident İlham Əliyev məsələyə müdaxilə edib problemi aradan qaldırıb.
Azərbaycanda digər dinlərin ibadət yerləri barədə qısa məlumat
Son statistikaya görə, Azərbaycanda 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Zaqatala və Balakən rayonlarında 127 hücrə (kiçik məhəllə məscidi) vardır ki, onların 115-də ayinlər Ramazan ayında və dəfn mərasimlərində icra olunur. Həmçinin, Azərbaycanda 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur. Azərbaycanda 971 dini icma dövlət qeydiyyatına alınıb. Fəaliyyət göstərən 971 dini qurumdan 934-ü İslam təmayüllü, 26-ı xristian, 8-i yəhudi, 1-i krişna, 1-i bəhai təmayüllü dini qurumlardır.
Ləman Qasımova
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib