AXCP üzvü sərbəst buraxıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elxan Əliyev sərbəst buraxılıb, bu barədə partiyadan bildirilib.
O, hakim Nofəl Mustafayevin sədrliyi ilə aprelin 19-da keçirilən prosesdə ondan ərizə alınıb, daha sonra azadlığa buraxılıb.
"Tovuz rayon Məhkəməsi bu inzibati iş üzrə mənim üzərimə 8 min 50 manat borc öhdəliyi qoyub. Mən həmin borcun 5 min 800 manatını ödəmişəm. Zərərçəkən vəfat etdiyinə görə inzibati icraata xitam verilməli idi. Buna baxmayaraq, məhkəmə işə xitam verməyib. Öhdəliyim və axtarışa verilməyim ilə bağlı da mənə hər hansı xəbərdarlıq edilməyib", - fəal bildirib.
Partiya sədrinin müşaviri Məmməd İbrahim bildirmişdi ki, aprelin 18-də Əliyevin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsindən azadlığa buraxılandan sonra yenidən tutulub. Məntəqənin yanında Elxan Əliyevə iki mülkigeyimli şəxs yaxınlaşaraq axtarışda olduğunu bildirib.
Partiyadan qeyd olunub ki, bu saxlanılma Əliyevin siyasi fəaliyyəti ilə bağlıdır.
Əliyev martın 19-da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30 sutka inzibati qaydada həbs olunub.Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirməyib.
Əliyev saxlanarkən maşınında 2 min 500 manat pul olduğunu və həmin pulun yoxa çıxdığını açıqlamışdı. Amma Daxili İşlər Nazirliyindən polisin onun maşınından pul götürmədiyini bildirmişdi.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























