Ya müəllimlik, ya hicab... - Azərbaycanda müəllimə ŞİKAYƏT EDİR

Əfsanə Hüseynova 19 ildir fizika müəllimi işləyir. O deyir ki, hicab taxdığı üçün müəllim fəaliyyətində müəyyən problemlərlə üzləşir. Belə ki, hicab ilə bağlı nəinki məktəb direktorları hətta müəllimlərin işə qəbulu (MİQ) prosesində ona maneələr yaradılıb.
Onun sözlərinə görə, amma problem bununla bitməyib. Təhsil Nazirliyi onu Fizika, Riyaziyyat, İnformatika Təmayüllü məktəbə müəllim kimi göndərsə də liseyin direktoru hicab geyindiyi üçün onu işə götürməyib.
"Yayda Təhsil Nazirliyi mənim adımı Fizika,Riyaziyyat,İnformatika liseyinə göndərmişdi və məni iş görüşməsinə çağırmışdılar. Oranın direktoru dedi ki, sən hicablısan. Baxın görək mən burda bir hicablı müəllim işlədirəm ya yox?”, - müəllimə bildirdi.
"Keçən ilin avqustda yenidən MİQ-ə imtahan verdim və vakansiya seçimində iştirak edib Yasamal rayonunda yerləşən 38 nömrəli məktəbə düşdüm. Aprel in 5-i müsabiqə mərhələsi idi və video çəkiliş də gedirdi. Bütün suallara cavab verdim və hətta direktor mənə dedi ki, əladır. Amma yenə səhifəmə cavab gəldi ki, siz kəsilmisiniz.Buna səbəb nədir, əlbəttə, din, hicab. Nəyə görə hicabım hər dəfə mənim üzümə vurulur və mən imtahandan kəsilirəm? Niyə mən bu qədər stress yaşamalıyam?”, - müəllimə vurğuladı.
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Anews.az-a açıqlamasında deyir ki, Azərbaycanda hicab qadağan deyil şagirdlərin, müəllimlərin məktəbə hicabla gəlməyində məhdudiyyət olmamalıdır.
"Azərbaycanda hicab qadağan deyil. Məsələn İncəsənət Gimnaziyasında kifayət qədər hicablı müəllimlər var. Bu həftə mənə üç belə şikayət daxil olub ki, mən hicab taxdığıma görə nəticələrim mənfi oldu və mənə fərqli suallar verildi”, ekspert deyib.
"Amma Təhsil Nazirliyi bu məsələ ilə bağlı ictimaiyyətə açıq deyil və onlar bununla bağlı ictimaiyyətə yetərli informasiya vermirlər”, - o, əlavə edib.
Deputat Ceyhun Məmmədov da bildirir ki, qanunvericilikdə hicablda işləməklə bağlı məhdudiyyət yoxdur və hər bir vətəndaş öz etiqadını azad şəkildə ifadə edə bilər.
"Əgər kimsə hicabla bağlı tələb irəli sürürsə bu qeyri-qanunidir. Kimsə bu halla qarşılaşıbsa onlar müvafiq dövlət qurumlarına ,Təhsil Nazirliyinə müraciət edə bilərlər”.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var.
Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Əgər müəllim dini təbliğat və təşviqat aparmırsa onunhicab taxmasına direktorların qadağan qoyması qanuni deyil.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























