• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid ailələri üçün nə qədər ev tikilib?

Şəhid ailələri üçün nə qədər ev tikilib?
20.04.2022 08:58
Qarabağ müharibələrində şəhid olanların ailələrinə 12500-dən çox mənzil və ya fərdi ev verilib, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib. 

"Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı  2021-ci ildə 5 dəfə genişlənərək onlara 3 min mənzil verilib. 2025-ci ilədək daha 11 min nəfər mənzil və ya fərdi evlə təmin olunacaq. Bundan əlavə, Vətən Müharibəsi Qəhrəmanı adı verilən şəxslər də dövlət tərəfindən mənzillə təmin olunacaq. Şəhid ailəsi və əlillər üçün sosial dəstək proqramlarından biri də onların avtomobillə təminatıdır. Son 4 ildə 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib. Prezident İlham Əliyevin 19 aprel 2018-ci il tarixli Fərmanı ilə şəhid ailələri daha bir sosial dəstək proqramı ilə əhatə olunub. Söhbət 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11 min manat həcmində birdəfəlik ödəmənin verilməsindən gedir. Bu fərmanın icrası nəticəsində 12 min şəhidin 18 mindən çox vərəsəsinə birdəfəlik ödəmənin verilməsi təmin olunub", nazirlikdən bildirilib. 
 
Hazırda Azərbaycanda 14 mindən çox şəhid ailəsi var.
 
Nazirlər Kabinetinin "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanununa əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə təmin olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan evləri almaq istəyən şəhid ailəsi üzvləri "Güzəştli mənzil” elektron sistemində qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər təqdim etməlidir:
 
Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən  verilən şəhid ailəsinin statusu haqqında vəsiqə;

Şəhid olmuş ərin/arvadın ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

Müraciətedənin şəxsiyyət vəsiqəsi;

Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

Uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.
 
Şəhid Azərbaycan Respublikasının azadlığı ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərə deyilir.
 
Ləman Qasımova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol