Hesablama Palatasının builki hesabatı zəifdir - AÇIQLAMA

Son iki ildə Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatlarla müqayisədə builki hesabatda hadisə və proseslərə daha zəif yanaşılıb. Bunu millət vəkili Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatının müzakirəsində bildirib.
"Nə qədər ki, SSRİ dövründə və müstəqilliyimizin ilk illərində olduğu kimi, dövlət büdcəsinin investisiya xərclərində təmir-təmir üstünlük təşkil edəcək, yeyintilər davam edəcək. Bunun müəyyən hissəsi açılacaq, müəyyən hissəsi isə bağlı qalacaq", - o qeyd edib.
Millət vəkili təklif edib ki, büdcənin investisiya xərclərində yanaşma innovasiyalar və rəqəmsallaşma hesabına daha diqqətli olsun.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























