• $
  • €
  • ₽
  • ₺
  • £

Samir Aşurov niyə saxlanılıb? - RƏSMİ AÇIQLAMA

Samir Aşurov niyə saxlanılıb? - RƏSMİ AÇIQLAMA
20.04.2022 14:01
Almaniyadan readmissiya olunan, siyasi fəal kimi tanınan Samir Aşurovun saxlanılıb, bu barədə onun yaxınları sosial şəbəkələrdə paylaşım edib. 
 
Yaxınlarının sözlərinə görə, aprelin 19-da axşam saatlarında Samir Aşurov zəng edərək evə gəldiyini deyib, lakin sonra ondan bir xəbər çıxmayıb, mobil telefonuna isə zəng çatmayıb.

"Səhərə yaxın isə məlum oldu ki, Samir Nizami rayon Polis İdarəsindədir və adam bıçaqlamada şübhəli bilinir", onlar bildirib. 
 
Vəkil Bəhruz Bayramov Aşurovun saxlanıldığını Anews.az-a təsdiqləyib. 

"Səhərə yaxın mənə Samir Aşurov zəng vuraraq bildirdi ki, Nizami rayon Polis İdarəsindədir və onu adama bıçaqla xəsarət yetirməkdə ittiham edirlər. O mənə dedi ki, həmin adamı tanımır və onun bu işdə heç bir iştirakı yoxdur".
 
"Gecə saat 3-də mənim əlaqə saxladı. O mənə dedi ki, həmin adamı tanımır, mənfi əməllərdən və onun bu işdə heç bir iştirakı yoxdur", - vəkil dedi.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri  və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyir ki, aprelin 19-da saat 21 radələrində Nizami rayon ərazisində Bakı sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, S.Aşurov saxlanılaraq istintaqa təqdim edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.
 
"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 29 mart tarixində 38 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.  Almaniyadan readmissiya olunan  Azərbaycan vətəndaşı arasında siyasi fəal Samir Aşurov da  olub. 
 
Ləman Qasımova
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol