• $
  • €
  • ₽
  • ₺
  • £

"Şuşa haqqında" Qanuna bu dəyişikliklər təklif olunur

"Şuşa haqqında" Qanuna bu dəyişikliklər təklif olunur
20.04.2022 18:30
Şuşa şəhərinin ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətinin aparılması, habelə Şuşa adından istifadə edilməsi haqqında yeni qaydalar müəyyənləşir.
 
Qaydalar "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
 
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar istisna olmaqla, aşağıdakı hallarda "Şuşa” sözündən ("Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir:
 
- hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında;
 
- mükafatların və təltiflərin adlarında;
 
- yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında;
 
- kommersiya və reklam məqsədilə;
 
- əmtəə nişanlarında və coğrafi göstəricilərdə.
 
Tikinti, memarlıq və şəhərsalma fəaliyyətinin həyata keçirilməsi üçün təklif edilən yeni qaydalara görə isə Şuşada aparılan inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər zamanı abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğuna məlumat verilməlidir.
 
Müvafiq tədbirlərdən sonra işlərin davam etdirilməsi barədə qərar Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən qəbul ediləcək.
 
"Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanuna təklif edilən dəyişikliklər öz növbəsində Şəhərsalma və Tikinti Məcəlləsində, "Sahibkarlıq fəaliyyəti haqqında”, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Mədəniyyət haqqında” və "Reklam haqqında” qanunlarında dəyişiklik edilməsini zəruri edir. Ona görə, həmin qanunlara təklif edilən uyğunlaşdırmalar da Milli Məclisdə müzakirəyə çıxarılacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol