• $
  • €
  • ₽
  • ₺
  • £

Müharibədə iştirak edən səhiyyə işçilərinə veteranlıq statusu niyə verilmir? - RƏSMİ AÇIQLAMA

Müharibədə iştirak edən səhiyyə işçilərinə veteranlıq statusu niyə verilmir? - RƏSMİ AÇIQLAMA
22.04.2022 20:05
Ikinci Qarabağ Müharibəsində iştirak etmiş səhiyyə işçilərinin "veteranlıq statusu" almaq üçün hazırlanan siyahı geri qaytarılıb. Bunu anews.az-a açıqlamasında adının anonim qalmasını istəyən və müharibədə 44 gün iştirak etmiş səhiyyə işçisi bildirib.
 
"Səhiyyə işçilərinə veteranlıq statusu" verilməsi ilə bağlı qərardan sonra müharibədə iştirak edən səhiyyə işçilərinin sənədləri toplanıb. 15 gün sonra bizə cavab verildi ki, siyahıda adam çox olduğu üçün həmin siyahı geri qaytarılıb. Bizə isə hələlik məsələnin nə yerdə olduğu barəsində məlumat verilməyib. Sadəcə gözləyin deyiblər", - xəstəxanaların birində çalışan səhiyyə işçisi bildirib.
 
Məsələ ilə bağlı anews.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirildi ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahını və təsdiqedici məlumatları hazırlayaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edib. Həmin şəxslər barədə siyahı və təsdiqedici məlumatlar - hərbi biletlərin surəti, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən digər sənədlər TƏBİB-in tabeliyində olan tibb müəssisələrindən toplanılıb.

Müraciət edən səhiyyə işçisinin şikayətinə isə cavab olaraq qurumdan bildirildi ki, həmin işçisinin sənədləri düzgün formada göndərilmədiyi üçün belə hal yaşanıb. Artıq həmin işçi ilə bağlı lazım olan sənədlər aiddiyatı üzrə yönləndirilərək qeydiyyata alınıb.
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahının və təsdiqedici məlumatların hazırlanması barədə tapşırıq verib. Tapşırığa uyğun olaraq TƏBİB həmin şəxslər barədə siyahının və təsdiqedici məlumatların - hərbi biletlərin surəti, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlərin hazırlanmasını təmin edir. TƏBİB siyahını Agentliyə təqdim etdikdən sonra sözügedən şəxslərə müharibə veteranı statusunun verilməsi məsələsinə baxılması üçün sənəd aidiyyəti dövlət orqanına təqdim olunmalı idi.
 
 Nazirlər Kabinetinin 26 fevral 2022-ci il tarixli 127s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərə "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də Vətən müharibəsi dövründə həmin ərazilərdə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlarının və mülki işçilərinin siyahısını təsdiqedici sənədlərlə birlikdə, həmin şəxslərin ön cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etmələri tapşırılıb.
 
Gülnar Nazimqızı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol