• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Qazaxıstanda keçirilən beynəlxalq turizm sərgisinə qatılıb

Azərbaycan Qazaxıstanda keçirilən beynəlxalq turizm sərgisinə qatılıb
20.04.2022 15:36
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti bu gün Qazaxıstanın Almatı şəhərində başlamış "KİTF 2022” Beynəlxalq Turizm və Səyahət Sərgisində təmsil olunur.

Aprelin 22-nə qədər davam edəcək sərgidə milli stendimizdə 5 yerli turizm şirkəti, 2 mehmanxana qrupu, "Azərbaycan Hava Yolları” QSC, Naxçıvan Turizm Departamenti və "Duzdağ Hotel” iştirak edir. Stenddə ölkəmizin, o cümlədən işğaldan azad olunan ərazilərin turizm potensialı, yeni turizm məhsulları və istiqamətləri haqqında geniş məlumat verilir. Bundan başqa, sağlamlıq turizminə həsr olunmuş xüsusi pavilyonda Azərbaycanın bu istiqamətdə potensialı və mövcud imkanları ziyarətçilərə təqdim olunur.

Sərgi çərçivəsində Qazaxıstan turizm şirkətləri, eləcə də digər Mərkəzi Asiya ölkələrindən olan şirkətlərin və turizm üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri ilə görüşlər keçirilir. "Yeni trendlər: inkişaf məqamları və sistemlər” adlı panel sessiyada DTA, Azərbaycan Turizm Bürosu, "Kazakh Tourism” təşkilatı, eləcə də AZAL və "Aİr Astana” şirkətlərinin nümayəndələri çıxış ediblər.

2001-ci ildən hər il təşkil olunan "KİTF” sərgisi Mərkəzi Asiya üzrə ən böyük peşəkar turizm platforması hesab olunur. 15 ölkədən 250-ə yaxın turizm şirkəti və təşkilatının qatılacağı gözlənilən sərgidə ölkələrin turizm imkanları və turizm məhsulları tanıdılaraq, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol