Sürücü yol polisini qayda pozuntusunda qınayır, polis isə bununla razı deyil

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı yol hərəkəti qaydalarını pozub. Bu barədə Memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev sosial şəbəkələrdə paylaşım edib.
O bildirib ki, Teymur Əliyev küçəsində işıqforun qırmızı işığında dayanan zaman DYP avtomobili (99-YP-414) əks istiqamətdə hərəkət edərək, ikili ağ ayırıcı zolaqların (1.3 xəttinin - red.) üstünə çıxıb. Heç bir qəza işıqlarını və ya qırmızı-göy yanıb-sönən işıqları (sayrışan işıqları - red.) yandırmayaraq əks istiqamətdə hərəkət edib və eyni yolda 4 dəfə kobud şəkildə qayda pozub.
Məsələ ilə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, "Yol Hərəkəti Haqqında" qanunun 20-ci maddəsinə görə, Dövlət Yol Polisinə aid maşın operativ nəqliyyat sayılır və lazım olan zaman qayda pozmaq səlahiyyətinə malikdir.
"Qanunda müəyyən olunub ki, hansı hallarda operativ nəqliyyat vasitələri qayda poza bilər.Məsələn təcili çağırışa gedə bilər, qəza yerinə tələsə bilər. Maraqlıdır yol polisi bu paylaşımı edən şəxs üçün hansı həyati təhlükəni yaradıb? Belə qaragüruh olmağa dəyməz. Cəmiyyətdə polisə belə münasibət göstərmək doğru deyil. Onsuzda yol polisinin özünə də nəzarət edən strukturlar var. Əgər polis iki təkər qaldırsaydı,yolu etdiyi hər hansı bir hərəkətə görə iflic etsəydi onda bu barədə danışmaq olardı.Belə paylaşımlar edib ətrafın diqqətin üzərinə çəkməyə ehtiyac yoxdur.Bu cür paylaşımlar sadəcə yol polisini gözdən salmaq üçündür. Polis bu cəmiyyətin bir üzvüdür", - Araz Əsgərli vurğulayıb.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, yol polisinin səsgücləndirici və yanıb-sönən işıqlardan istifadə etməməsi sadəcə mexaniki səhv ola bilər.
"Qaydalara görə operativ əməliyyat avtomobillərinin sayrışan işıqlarını yandıraraq və səs siqnalını qoşaraq müəyyən qaydaları pozamasına icazə verilir. Çünki yol polisi bunu vəzifə səlahiyyətləri çərçivəsində bunu icra edir. Xəbərdaredici siqnal və işıqları yandırmadan qayda pozmaq olmaz. Ola bilər ki, bu halda qayda pozan yol polisləri səhlənkarlığa yol verib",- ekspert vurğulayıb.
Gülnar Nazimqızı
www.anews.az
www.anews.azO bildirib ki, Teymur Əliyev küçəsində işıqforun qırmızı işığında dayanan zaman DYP avtomobili (99-YP-414) əks istiqamətdə hərəkət edərək, ikili ağ ayırıcı zolaqların (1.3 xəttinin - red.) üstünə çıxıb. Heç bir qəza işıqlarını və ya qırmızı-göy yanıb-sönən işıqları (sayrışan işıqları - red.) yandırmayaraq əks istiqamətdə hərəkət edib və eyni yolda 4 dəfə kobud şəkildə qayda pozub.
Məsələ ilə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, "Yol Hərəkəti Haqqında" qanunun 20-ci maddəsinə görə, Dövlət Yol Polisinə aid maşın operativ nəqliyyat sayılır və lazım olan zaman qayda pozmaq səlahiyyətinə malikdir.
"Qanunda müəyyən olunub ki, hansı hallarda operativ nəqliyyat vasitələri qayda poza bilər.Məsələn təcili çağırışa gedə bilər, qəza yerinə tələsə bilər. Maraqlıdır yol polisi bu paylaşımı edən şəxs üçün hansı həyati təhlükəni yaradıb? Belə qaragüruh olmağa dəyməz. Cəmiyyətdə polisə belə münasibət göstərmək doğru deyil. Onsuzda yol polisinin özünə də nəzarət edən strukturlar var. Əgər polis iki təkər qaldırsaydı,yolu etdiyi hər hansı bir hərəkətə görə iflic etsəydi onda bu barədə danışmaq olardı.Belə paylaşımlar edib ətrafın diqqətin üzərinə çəkməyə ehtiyac yoxdur.Bu cür paylaşımlar sadəcə yol polisini gözdən salmaq üçündür. Polis bu cəmiyyətin bir üzvüdür", - Araz Əsgərli vurğulayıb.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, yol polisinin səsgücləndirici və yanıb-sönən işıqlardan istifadə etməməsi sadəcə mexaniki səhv ola bilər.
"Qaydalara görə operativ əməliyyat avtomobillərinin sayrışan işıqlarını yandıraraq və səs siqnalını qoşaraq müəyyən qaydaları pozamasına icazə verilir. Çünki yol polisi bunu vəzifə səlahiyyətləri çərçivəsində bunu icra edir. Xəbərdaredici siqnal və işıqları yandırmadan qayda pozmaq olmaz. Ola bilər ki, bu halda qayda pozan yol polisləri səhlənkarlığa yol verib",- ekspert vurğulayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























